Saç pirsinqləri! “Oldschool” dəbdən çıxmayacaq.


 

Son vaxtlar trend olmuş saç pirsinqi dünya miqyasında rəğbət qazanmağa davam edir. İlk olaraq Britaniyalı bloqerlər Cesi və Taiba tərəfindən @keashbraids adlı İnstaqram səhifəsində tanınmağa başlayan bu saç trendi hər bir obraza təkrarolunmaz hava qatmağı ustalıqla bacarır. Uşaq illərindən kreativ saç düzümləri və pirsinqlərə böyük marağı olan qızlar onları bir yerdə cəmləşdirmək qərarına gəlib. Trendin büyük kütlələrə yayılmasına isə Christina Aguilera, Ariana GrandeRita Ora kimi ulduzların öz obrazlarında saç pirsinqlərindən istifadə etmələri səbəb oldu. Hal-hazırda bu trendin davamçıları sürətlə artır.

“Hair piercing” ilə obrazlar orijinaldır və sanki, 90-cı illərdən bir əks-sədadır. Eyni zamanda, onlar bədəni deşmədən alternativ pirsinqin variantıdır – ağrısız, lakin bir o qədər də effektiv. İnstaqram səhifəsində Cesi izləyicilərinə “Kreativ olun. “Saç üzükləri”-nin forması və ölçüsü ilə oynaya bilər, üzüklər əvəzinə gül belə istifadə edə bilərsiniz. Variantlar çoxdur” – deyə, məsləhət verir.

 

 

Saç pirsinqini yalnız gündəlik yox, həmçinin ziyafət obrazlarında belə istifadə etmək mümkündür. Hər şey sizin yaradıcılığınız və təxəyyülünüzdən asılıdır. Saçınıza qızıl və ya gümüşü pirsinqlər taxıb, üzərinə işıltılar əlavə etsəniz, klassik və eyni zamanda, kreativ bir obraz yarada bilərsiniz. Saç pirsinqinin taxılma üsulu isə çox asandır. Bunun üçün sadəcə saçınızı hörük edib, üzərinə zinət əşyalarını taxmaq yetərlidir.

Sezonun ən qaynar trendinin saç pirsinqi olması isə səbəbsiz deyil – ekstremal özünü ifadəyə sahib olan bütün modabazlar yeni fantaziya və yaradıcılıq meydanı aşkar edib.
Siz də bu möhtəşəm trenddən yan keçməyin!

 

Hazırladı: Şəbnəm Mikailova

 
 



 

Şərhlər

Menyu