TREND | İyulun seçməsi | Çarıqlar

 

 
 

Evdə, çimərliklərdə və ya küçədə sevərək geyindiyimiz çəkənəklər son bir neçə ildir dizaynerlərin sevimli aksessuarlarına çevrilib.
Müxtəlif brendlərin təqdim etdiyi fərqli işləməli, daş-qaş və xəz detalları ilə süslənmiş yaradıcı və şıq alternativlər onların qısa zamanda bu qədər sevilməsinə gətirib çıxarmışdır. Xüsusən, mənbəyi fars dilindən “babouche” olaraq gələn çarıq modeli son dövrlər məşhur simalar və eləcə də küçə dəbinin nümayəndələri arasında böyük rəğbət görür.

 


 

2016-dan bəri bir çox məşhur brendin lukbukunda özünü göstərdikdən sonra dəbli kombinlərin əvəzedilməz detalına çevrilmiş çarıqlar, bu il qızıl dövrünü yaşamaqdadır. Çəkənəklərin moda dünyasına təsiri ilə adət etmədiyimiz formalarda qarşımıza çıxan bu çarıqlar rahatlığını düşünən xanımlar üçün əsl xilasedicidir. Ucu şiş burunlu, arxası açıq modellər ilə gün ərzində rahatlığınızdan keçməyərək dəblə ayaqlaşan və olduqca modern görünüşə qovuşmanız mümkündür.

Bu çarıq modelləri daha çox maskulen tərzini mənimsəmiş xanımların qarderoblarının ulduzuna çevrilib. Siz də kastyum tərzində düz kəsimli geyimlər, köynəklərdə olduqca ciddi və dəbli bir tərz yarada, yaxud “oversize” şalvar və ətəklər, bluzlarla rahat və özünəməxsus luklara qovuşa bilərsiniz.
 

Hazırladı: Nailə İskəndərova
 






 
 

Şərhlər

Menyu