“Su pərisi”. EKATERINA KUKHAREVA mövsümün kolleksiyası.


 

“Moda mənim üçün bizi əhatə edən hər şeydir.”  

Əslən Ukraynadan olan britaniyalı dizayner Yekaterina Kukhareva geyimlərini 2011- ci ildən fəaliyyətə başlayan EKATERINA KUKHAREVA yarlığı ilə təqdim edir. Dizaynerin kolleksiyalarının təməlini əsasən rəngarəng, naxışlı trikotaj təşkil edir və bu detalları gündəlik həyatımızda, ziyafətlərdə, eləcə də çimərlik geyimlərində əks etdirməyi bacaran EKATERINA KUKHAREVA geyimlərini ildə iki dəfə London, Paris və New York moda həftələrində nümayiş etdirir.

O bu qısa müddət ərzində Demi Lovato, Paris HiltonKeri Hilson kimi məşhurların müraciət etdiyi brendə çevrilməyi bacarmışdır. Dizaynerin “Su Pərisi” adını verdiyi Yaz-Yay 2017 kolleksiyası zərif və romantik xanımların xəyallarını canlandırır. Kolleksiyası mövsümün parlaq rənglərinə, okeanın dərinliyindəki möcüzələrə, mərcan riflərinə, yosunlara və balıqqulaqlarına gözlərimizin önündə həyat verməyi bacarıb. Su pərilərindən ilhamlanmış kolleksiya həmçinin, nəmli üz dərisi və parlaq idman ayaqqabıları ilə ümumi ahəng yaratmışdır.
 

Hazırladı: Arzu Fariz

 








Şərhlər

Menyu