Mətbəxdə hüzur dolu atmosfer. Darya Smirnovanın keramik dəstləri.


 

Darya Smirnova interyer dizaynı sahəsində təhsil almışdır. Lakin onun keramik əşyalar üzərində etdiyi göz oxşayan eksperimentləri son dövrlərin diqqət çəkən interyer trendlərindən xəbər verir.

Smirnovanın mətbəximizi canlandırıb əhval-ruhiyyəmizi maksimum qaldıra biləcək keramik mətbəx əşyası dəstləri zərif naxışları rəng paleti ilə yalnız xanımların deyil, müşahidə edən hər bir kəsin maraq dolu baxışlarına səbəb olur. Əsl rəngarəng yay aurası daşıyan bu əl işləri eyni zamanda nostaljik hisslər bəxş edir. Təbiətin ən harmonik detallarını və çalarlarını qovuşduran bu keramik əşyalar evinizi ziyarət edən qonaqlarda xoş və səmimi bir masa arxasında, hüzur dolu atmosferdə qarşılamaq və interyerin özünəməxsus detallarla süsləmək üçün
idealdır.

 

Hazırladı: Nailə İskəndərova

 







Şərhlər

Menyu