Məşhur brendlərin ayaqqabıları Antonio Soaresin açıqçalarında.


 

Antonio Soares internet məkanında məşhurlaşan portuqaliyalı dizaynerdir. O, öz işlərində təsvir etdiyi qadınların brend geyimlərindən daha çox onların simasını əks etdirir. Üz cizgilərini ustalıqla çəkən istedadlı rəssam əvvəlcə karandaşlarla eskizlər edir və onları sulu boya ilə tamamlayır. Onun bütün işləri ağ fon üzərindədir.

“Şəkil çəkmək mənim uşaqlıq arzum idi. Mən böyüdüm və öz arzularımı izləməyə başladım.Təhsilimi bu sahədə aldıqdan sonra təcrübə üçün illüstrasiyalar yaratmağa başladım və bildim ki,bu mənim yolumdur” – Antonio Soares

Bir müddət əvvəl yalnız portuqaliyalı dizaynerlərlə çalışan rəssamın portfoliyosu hazırda dünya şöhrətli markaların illustrasiyaları ilə zəngindir.

Antonio Soaresin “İkonik Ayaqqabı Açıqcaları” silsiləsi isə onun suluboya rəsmlərinə yeni bir yanaşma qazandırıb. Bu 16  açıqca bənzərsiz qadın ayaqqabılarını tamamilə yeni kontekstlərdə təqdim edir.

Moda tarixinə iz qoymuş ayaqqabıların xarakteristik dizaynlarından və təbiət elementlərindən ilham alan Antonionun “Fashinary” ilə birgə bu əməkdaşlığı gözoxşayan illüstrasiyalar ortaya çıxarıb.

 
 

Hazırladı: Nigar Məmmədova

 
 







Şərhlər

Menyu