Fərdi inkişaf | SAT Group xüsusi satış və marketinq təlimlərinə dəvət edir!

 

 

Marketinq mütəxəssisisən?
Satış sahəsində çalışırsan?
O zaman, bu məqalə sənin də işinə yarayacaq!

Qarşıya doğru hədəflər qoyulduqdan sonra zamanını dəyərləndirə bilənlər, doğru düşünüb düzgün qərar verənlər, iradə və istək sahibi olanlar hər zaman uğura nail olurlar. Müasir dövrdə yenilik ardınca gedən və daim inkişafa can atan qadınların rolu ilə onların iş dünyasındakı və ümumilikdə qlobal iqtisadiyyatdakı önəmi günbəgün artmaqdadır. Elmli, analitik düşünən və hədəfə istiqamətlənmiş xanımlar isə cəmiyyət üçün hər zaman önəm daşıyır.

Qadınların gücünün mahiyyətini və təsir qabiliyyətini çalışdıqları müəssisələrdə qazandıqları uğurlarından da görmək mümkündür. Onlar sosial həyatda və cəmiyyətdəki fəaliyyətləri, müxtəlif sahələrə özləri ilə bərabər gətirdikləri fayda və özünəməxsusluqları ilə hər zaman diqqətəlayiqdirlər.

Müasir dövrün işgüzar xanımları üçün iş həyatının ən önəmli məqamlarından biri də maliyyə məsələləri ilə yanaşı iş dünyasında nüfuz qazanmaq və özünəinamlı bir fərd olaraq formalaşmaqdır. Xanımlar hal-hazırda iş həyatına daha inamlı addımlarla girmək, güclü və tərəqqiyə açıq tərəflərini öyrənmək, karyeralarına istiqamət vermək məqsədilə müxtəlif təlimlərə və kurslara qatılır, fərdi inkişaflarına xüsusi diqqətlə yanaşırlar.

 

 

2014-cü ildən fəaliyyət göstərməsinə baxmayaraq, qısa müddətdə SAT Group şirkətinin zəngin praktiki təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislərindən ibarət komandası SATIŞ, MARKETİNQİDARƏETMƏ istiqamətli təlimləri ilə böyük uğurlara imza atıblar.
Eləcə də, biznes konsaltinq xidmətləri göstərən şirkət missiyasını işgüzar şəxslərə biznesdə bacarıq və biliklərini artırmaqda vasitəçilik etmək, onların daha böyük uğurlar qazanmalarına yardımçı olmaq kimi ifadə edir, özümüzü və biznesimizi təkmilləşdirməklə daha sürətlə inkişaf edib, daha çox qazana biləcəyimizə inanır.

 

SAT Group şirkətinin daimi təlimlərinə

– PRAKTİKİ SATIŞ KURSU,
– KORPORATİV SATIŞ KURSU,
– SATIŞA RƏHBƏRLİK KURSU,
– MAĞAZA İDARƏÇİLİK KURSU,
– MARKET İDARƏÇİLİYİ KURSU,
– MARKETİNQ AİR KURSU,
– SOSİAL MEDİA MARKETİNQ KURSU,
– STOMARKETİNQ KURSU,
– TİBBİ MARKETİNQ VƏ İDARƏÇİLİK KURSU
– ŞƏXSİ İNKİŞAF DÜŞƏRGƏSİ

daxildir.

 

Anar Bayramov, İlkin Manafov, Rafiq Hunaltay, Aysel Cəbrayılova, Sarvan Aslanov, Azad Qəhrəmanov kimi mütəxəssislərin bilik və təcrübələrini paylaşdığı bu təlimlər müxtəlif sahələrdə çalışan və tərəqqiyə açıq olan insanlar üçün olduqca faydalı məlumatlarla zəngindir.

SAT Group şirkəti mütəmadi olaraq hər ay təlimlər keçirir, fəaliyyətə başlandığı müddətdən bu zamana qədər 1000-dən çox məzunu sertifikatla təltif etmişdir. Son altı ayda isə 100-dən çox sahibkar “İdarəçilik” təlimlərində iştirak etmişdir. Müştəriləri arasında Soliton, Sirab, Modern Group, Asan Xidmət, Kontakt Home, Navigator.az, Aga Group kimi tanınmış şirkətlərin də olduğu SAT Group-u digərlərindən fərqləndirən spesifik xüsusiyyətləri – fərdi yanaşması, peşəkar mütəxəssisləri və daima inkişafa, yeniliyə can atmasıdır.

 


 

SAT Group şirkətinin təməlinin qoymuş Azad Qəhrəmanovun burada rolu sonsuzdur, belə ki, o həm də şirkətin aparıcı təlimçilərindəndir. Eləcə də, onun müəllifi olduğu tanınmış SAT kitabı təlim iştirakçılarına satışın qızıl qaydalarını öyrətməyi vəd edir. O satışlarınızı və gəlirlərinizi artırmağı hədəfləyən xüsusi təlim proqramı vasitəsilə şirkətinizin iş dünyasında addım-addım irəli getməyi və daha yüksək uğurlara nail olmağını  SAT Group-un əsas missiyası olaraq müəyyən etmişdir.

Şirkətin yerləşdiyi məkan da olduqca əlverişli mövqedədir. Şəhərin mərkəzində, Dəmirçi Plazada fəaliyyət göstərən şirkət eyni zamanda korporativ təlimlər təşkil edir. “Korporativ Tədris” proqramı şirkətlərdəki satış komandası, marketinq rəhbəri, kommersiya direktoru, baş direktor, müştəri xidməti göstərən bütün işçilər, menecerlər və s. əməkdaşlar, kiçik və orta biznes sahibləri üçün nəzərdə tutulmuşdur.
 


 

SAT Group-un xüsusi metodika ilə hazırlanmış korporativ təlimlərinin şirkətlər üçün böyük əhəmiyyəti var. Satışların, müştəri loyallığını, sistemliyin, biznesin effektliliyinin və səmərəliliyinin artması, eləcə də, müəssisənizdə uğurlu marketinq fəaliyyəti və nəticələri, xərclərin azalması, brendin möhkəmlənməsi, müştəri məmnuniyyətinin yüksəlməsi, güclü kadrların yetişməsi, idarəçiliyin asanlaşması və biznes modelin, biznes proseslərin optimallaşması üçün satış komandanızı yığın və SAT Group ilə zamanın tələblərinə uyğun peşəkar vərdişlərə yiyələnin!

Bir sözlə, daha çox satın, daha çox qazanın!

 

Ətraflı məlumat üçün: satgroup.az
Facebook: SAT Group

Instagram: satgroup_baku

 

Şərhlər

Menyu