Əl əməyinin gücü. Pekinli dizayner Guo Pei yaradıcılığı.


 

Pekinli moda dizayneri Guo Pei Çinin məşhur simaları üçün dizayn etdiyi əsrarəngiz libasları ilə tanınır. Met Gala 2015-də Rihannanın böyük səsə-küyə səbəb olmuş, sarı xəz detallı və uzun quyruqlu unudulmaz libasının yaradıcısı olan Guo Pei 500 min sterlinqə başa gəlmiş və iki il ərzində heç bir mexanika istifadə edilmədən tamamilə əl əməyi vasitəsilə yaradılmış bu geyim ilə də adından xeyli bəhs etdirmişdi.
Pei 2016-cı ildə Livanlı dizayner Elie Saabdan sonraChambre Syndicale de la Haute Couture”-in qonaq üzvlüyünə dəvət alan ikinci Asiyalı dizaynerdir. Həmin il “Time” jurnalı tərəfindən “Dünyanın 100 ən nüfuzlu insanı” arasına daxil edilən dizaynerin əsərləri Nyu Yorkda, Metropolitan İncəsənət Muzeyində “China: Through the Looking Glass” başlığı ilə nümayiş edilib.
 


 

Kolleksiyalarında adətən ənənəvi Qərb motivlərindən ilhamlanan ornamentlərdən bəhrələnmiş Pei podiumda istifadə etdiyi dekorasiyalar və libaslardakı nəfəs kəsən detalları ilə dəbsevərləri ovsunlamağı bacarır. Parisdə baş tutmuş “Haute Couture Moda Həftəsi”-nin bağlanışını edən Yaz-Yaz 2017 Couture kolleksiyası onun sərhədsiz yaradıcılıq qabiliyyətinin, etnik mənşəyini və mədəniyyətini geyimlərdə necə möhtəşəm əks etdirə bildiyinin sübutudur. Pei “Legend” adı verdiyi və “La Conciergerid”-də təqdimatı baş tutan seriyanı İsveçrədəki Müqəddəs Qallen Kilsəsinin divar tablolarından ilhamlanaraq ərsəyə gətirmişdir. Podiumda əsl Uzaq Şərq küləyi əsdirən kolleksiyanın təməl xəttini atlas və tül materiallar, saçaq detalları, daş-qaş, dəbdəbəli taclarlar, sarı rəng və tonları təşkil edir.
 
 

Hazırladı: Nailə İskəndərova

 
 


















Şərhlər

Menyu