Su içmə vərdişini yarat! Şəkərsiz meyvəli sular.


 

 

Toksinlərdən qurtulamanın ən dadlı yolu – şəkərsiz meyvəli sular!

İstər artıq çəkinizdən yaxa qurtarmağa çalışın, istər özünüzü sadəcə sağlam hiss etmək və görünmək istəyin, bədənizindəki zərərli toksinlərdən qurtulmağın ən təbii yollarından biri su içməkdir.
Mütəxəssislərin fikrincə, hər gün, xüsusən də isti yay günlərində 6-8 stəkan su içmək orqanlarımızın təmizlənməsi və bədənimizdə yetəri qədər suyun mövcud olması üçün mütləqdir. Lakin suyu təkbaşına içmək, bəzilərimiz üçün o qədər də cəlbedici fikir kimi səslənmir.

Bəs adi suyu sevərək necə içməli? 

Yay fəslinin də gəlişi ilə yenidən populyarlaşan ətirli sular üçün bir çox reseptlər mövcuddur. Onların bəziləri həzm sistemini yoluna qoyur, bəziləri iltihablanmanın qarşısını alır, bəziləri isə təbii ağrıkəsicidir.

Bu sular ilə bədənimiz üçün olduqca faydalı bir iş görmüş olcaqsınız, eyni zamanda da su içmə vərdişi qazana biləcəksiniz. Aromatlı sular həmçinin gün boyu duyduğunuz yorğunluq hissinin azalmasına və daha enerjili, gümrah hiss etmənizə səbəb olacaq. İsti yay günlərində bolluca limonad və qazlı-şəkərli müxtəlif içkilər yerinə süni qatqısız sularla sərinləyin.

Şəkərsiz meyvəli suları hazırlamaq asan olduğu ilə bərabər, onun həm də damaq zövqünüzə görə sevdiyiniz meyvələrdən hazırlana bilməsidir.

 


Nümunə üçün bir neçə resepti təqdim edirik:

 

– 1 ədəd limon                   – 1/2 stəkan doğranmış ananas                            – 2-3 dilim qovun 

– 1 ədəd portağal             – yarım portağal                                                       – 1 ədəd limon

– 1 ədəd yerpənək            – 1 y/q zəncəfil                                                         – təzə nanə

– 1,90 litr su                        – 1,90 litr su                                                            – 1,90 litr su

 
 

Hazırladı: Nailə İskəndərova
 

 
 
 

Şərhlər

Menyu