KİNO | Azərbaycanın Ramazan adət-ənənələri sənədli filmə çəkiləcək.

 

 

Azərbaycanın qədimdən gələn dini tolerantlıq və multikulturalizm ənənələri ilə daima diqqət mərkəzində olmuş və seçilmiş bir ölkə olduğu danılmazdır. Bu barədə yaxınlarda ölkəmizdə səfərdə olan Pakistanın “A-plus” telekanalının prodüseri Madiha Macidi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşdə öz təəssüratlarını bölüşüb. O, qeyd edib ki, ölkəmizdəki qonaqpərvərlik, səmimiyyət və dini azadlığın bu səviyyədə olması onları valeh edib. Öz növbəsində Mübariz Qurbanlı da ölkədə tarixən müsəlmanların, xristianların, yəhudilərin dinc və qarşılıqlı ehtiram şəraitində yaşadıqlarını, multikulturalizm və tolerantlığın Azərbaycan dövlətinin xüsusi diqqəti və qayğısı nəticəsində dövlət siyasətinə çevrildiyini bildirib.

Ramazan ənənələrindən bəhs edəcək sənədli film barədə məlumat verən qonaq Azərbaycanda tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunması, multikulturalist ənənələrə söykənən ictimai münasibətlər, xüsusilə Ramazan ayının yüksək səviyyədə keçirilməsi barədə məlumatların filmdə dolğun formada öz əksini tapacağını bildirmişdir. O, çəkilişlərin Azərbaycanın bölgələrində də aparılacağını və müsəlmanların bir araya gələrək eyni vaxtda namaz qılıb dua etmələrinin filmdə xüsusən yer alacağını qeyd edib. Prodüser həmçinin onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə şəxsən təşəkkürünü bildirib.

 

Hazırladı: Rəhimə Hacıyeva

 

 

Şərhlər

Menyu