Bu yayın trend saç rəngləri. Boyayaq, yoxsa boyamayaq..?

 

 
 
Bu il isti Yay günləri üçün seçəcəyimiz daha canlı və açıq tonlardakı saçlar təbiətlə ahəng yaradacaq. Mövsümə uyğun düzgün saç rənglərini seçərkən təbiilikdən uzaqlaşmamağa isə mütləq diqqət etmək lazımdır.
 


ECAILLE

Bu yay ombre sevərlərə də xoş xəbər var! Ombre və kölgələr bu il “ecaille” üsulu ilə birlikdə yenidən həyatımızda olacaq. Artıq trendə çevrilmiş bu saçlar üç fərqli sarı rəng tonunun eyni anda istifadəsi ilə üzə çıxır. “Ecaille” saçın hər tərəfinə yayılaraq günəşin işıq saçan şüaları altında saçlarınızda ən təbii dalğaların rəqs etməsi üçün ideal üsuldur.

 

 
 

KLASSİKA
2017-nin moda şoularında ən çox rast gəlinən sarı və qəhvəyi tonların əhatəsindəki parlaq saçlar idi. Təbii olaraq, bu il Yay mövsümündə bir neçə ildir diqqət mərkəzində olan və sevilən orijinal saç rənglərinin yerini xanımlar üçün heç zaman yox olmayacaq klassikaya yaxın tonların əvəz edəcəyi gözlənilir.

 

 
 

BUZ KİMİ PLATİN
Platin rənginə boyadığınız saçlarınıza həmçinin sarının fərqli tonlarından da əlavə etməklə sezonun trend saçlarından birinə sahib olmaq mümkündür.

 

 
 

ŞAFTALI ƏTRİ
Bu ətirli yay meyvəsinin təravətini saçlarınızda hiss etmək necə?
O, xüsusilə bronzlaşmış və ya gündə xəfif qaralmış dərilərə çox yaraşacaq, eyni zamanda, istənilən dəri növünə isti rəng tonu qatacaq.

 

 
 

BAL SARISI
2017-ci il özü ilə birlikdə dəbdə bir çox dəyişiklər gətirib, ancaq bu il həm də özəyə qayıtmaq ilidir. Parlaq, canlı və sağlam bal sarısı saçlarla bu mövsüm diqqətləri özünüzə çəkə bilərsiniz. İsti mövsümdə ən isti sarı rənglər sizin üz cizgilərinizi daha zərif və incə göstərəcək.

 

 
 

BOZ QƏHVƏYİ
Tünd saçlarda isə bu il qəhvəyi rəng ön plandadır. Şokolad və şabalıd kimi klassik tonlarla yanaşı, xüsusilə də Kül tonlu, boz qəhvəyi rəngə boyanmış saçlar və ya sadəcə bu rəngdə saçınıza edilmiş kölgələrlə yayın ən diqqətçəkən və təbii trendini üzərinizdə daşıyacaqsınız. Bu tonlar həmçinin qarabuğdayı xanmlara daha sağlam və gənc görüntü bəxş edəcək.

 

 
 

QIZILI KÖLGƏLƏR
Nisbətən qırmızı, qızılı və sarı tonların kölgələr vasitəsi ilə harmoniyası kürən və ya sarışın görünüş əldə etmək üçün idealdır. Bu saçlar yay mövsümündə daha rəngarəng görünmək istəyənlər və xüsusilə də açıq rəngli dəriyə sahib olan xanımlara tövsiyyə olunur.

 

 

Hazırladı: Arzu Fariz

 
 

Şərhlər

Menyu