Balmain dəbdəbəsi Paris operasında yer aldı.

 

 
 
2011-ci ildə BALMAIN brendinin kreativ direktoru Oliver Rusten, Paris operasının xoreoqrafı Sebastyan Berto tərəfindən balet geyimləri yaratmağına dair dəvət almışdı. “Renessans” adlı balet tamaşası üçün 22 balet ifaçısı Paris operasının səhnələrinə Balmain geyimlərində çıxacaqdı. Sözü gedən tamaşa 13-18 iyun tarixlərində tamaşaçılar qarşısında sərgilənib.

Rihanna, BeyonsKanye Vest kimi dünya ulduzları üçün səhnə geyimləri yaradan Rusten bu təklifin onu təəcübləndirdiyini bildirir. “Mən bu cür mərasim üçün geyim yaradacağım üçün çox qürurluyam. Operaya uşaqlıqdan bəri heyranam. Bu Fransanın zəngin irsini göstərmək üçün mükəmməl bir imkandır” – Oliver danışır.
 


 

Məhşur xoreoqraf Sebastyan Berto Rustenin yaratdığı geyimlərin möhtəşəmliyini qeyd edir: Rusten BALMAIN moda evinə müasirlik gətirdi. Mən də, öz növbəmdə, müasir balet yaratmaq istəyirəm. Bir xoreoqraf kimi, bizi gələcəyə doğru aparan gücün məsuliyyətini öz üzərimdə hiss edirəm. Uzun zaman geyimləri hansı dizaynerə həvalə edəcəyimi düşündüm və sonunda anladım – bunu ancaq Rusten edə bilər. Səbəbi yeni nəsildən olduğu, çoxlu potensialıdır.”

Nümayiş etdirilən geyimlərdə ilk baxışdan BALMAIN dəst-xətti gözə çarpır: nyud üslublu, biser və işıltılarla zəngin olan jaket və trikolar, parlayan kristallar ilə göz qamaşdıran leopardlar. “Mən daha çox qlamur görmək istəyirdim. Bunu çox sevirəm”, – deyə Rusten etiraf edir.

Maraqlıdır ki, bir zamanlar balet kostyumlarını Coco Chanel, Yves Saint Laurent, Christian Lacroix Jean Paul Gaultier kimi moda evləri yaradırdı. İndi isə bu siyahıya BALMAIN-i də daxil etmək olar.
 

Hazırladı: Şəbnəm Mikailova

 





 
 

Şərhlər

Menyu