İNCƏBELLİ: Bakıda yeni arıqlama mərkəzi artıq xidmətinizdə!


 

Sağlam və gözəl görünmək hər birimizin arzusudur. Sağlamlığı və gözəlliyi bir arada əldə etməyi hədəfləyən İNCƏBELLİ Arıqlama Mərkəzi öz peşəkar komandası ilə sizlərə yüksək standartlara uyğun formada xidmət göstərmək üçün yolunuzu gözləyir!

Mərkəz bu il 13 may tarixindən etibarən qapılarını müştərilərinə açıq elan etdi. Peşəkar mərkəz çəki atma proseduralarının hər birinin bir arada təqdim edildiyi ilk məkandır. İncəbelli komandası hər qadının gözəl və sağlam bədən quruluşuna layiq olduğuna inanır və təcrübəli mütəxəssisləri sayəsində daima sağlam həyat tərzini təbliğ edir.
 

 

Dürüstlük, individuallıq, nəzakətlilik sağlamlıq kimi prinsipləri özünə dəyər olaraq seçən mərkəz müştərilərinə dietoloq konsultasiyası, dietik yeməklərin çatdırılması, günlük və həftəlik nəzarət, fitness və pilates proqramları, masaj kosmetoloqiya kimi xidmətləri ən yüksək səviyyədə təklif edir. İNCƏBELLİ mütəxəssisləri sağlam həyat və sağlam bədən üçün irəlilədiyiniz bu yolda daima sizin yanınızda olacaq və mərkəzin istənilən prosesdə fərdi yanaşması ilə özünüzü olduqca özəl hiss edəcəksiniz.

Xanımların sevimlisi “fitness” məşğələləri İNCƏBELLİ – də qrup və fərdi şəkildə keçirilir. Hər bir müştəriyə xas olaraq orqanizminin xüsusiyyətlərinə uyğun hazırlanmış fitness proqramları və ona müvafiq seçilmiş pəhriz ilə sağlam və effektiv arıqlama prosesi sizlərə mərkəzin fitness imkanlarından ən doğru formada faydalandığını sübut edəcək. Həm əylənib rəqs etmək, həm də arıqlamaq istəyənlər isə İNCƏBELLİ – nin rəqs məşğələlərinə qatıla və hədəflərinə ən hərəkətli və motivasiya dolu metodlarla qovuşa bilərlər.

 


 

Mərkəz xüsusi proqram və müştərilərin individual göstəricilərinə əsasən hazırlanmış pəhriz yemək və içkilərini, hətta şirniyyatlarını özü vaxtında ev və ofislərə çatdırır. Bu ən çox pəhriz yeməklərini vərdiş halına salmaqda çətinlik çəkənlər, xüsusilə də bu yeməkləri hazırlamaq üçün əlavə vaxt itirmək istəməyən işgüzar xanımlarımız üçün böyük fürsətdir. Mərkəz bu menyularla qida rasionunuzu tənzimləyir, sağlam qalmaq şərtilə arzu olunan çəkini bərpa etməkdə ac qalmanın yeganə çözum olmadığını sübut edir. Bir sözlə, həyat tərziniz nə olur olsun, İNCƏBELLİ-də siz də sağlamlar və incəbellilər sırasına qoşulacaqsınız.

Bundan başqa, Mərkəzdə fəaliyyət göstərən pəhriz kafesi “Diet Kafe”-də sağlamlıq və arıqlama prosesinin ayrılmaz hissəsi olan vitaminləşdirilmiş içkilər və detoks kokteyləri ilə təravətlənəcəksiniz.

 


 

Mərkəzin digər üstülnüyü burada qulluq prosedurlarının mövcud olmasıdır. Unikal mərkəzin üzvləri masaj və kosmetoloji xidmətlər sayəsində məkanı tərk etmədən qulluq prosedurlarından da faydalamaq imkanı əldə edir. Bütün bu xidmətlərdən faydalanmaq, xəyallarınızdakı bədən quruluşuna və təravətə qovuşmaq artıq çox asandır!

“Həyat bir fürsətdir, fürsətləri qaçırmamaq onlardan faydalanmaq isə Sizin əlinizdədir!”

 
 

 

AF BUSINESS HOUSE,
5-ci mərtəbə, Nizami küçəsi, 203 B,

Tel: +994 50 240 90 30
e-mail: office@incebelli.az
 www.incebelli.az
Facebook: İncebelli
Instagram: incebelli.az


 
 
     


Şərhlər

Menyu