ZULEYKHA ziyafət dəstləri.. İşıltınızla hər kəsi ovsunlayın.

 

 
 
Yüz illərdir xanımları bəzəyən aksessuarlar xüsusi diqqətlə ərsəyə gətirilmiş kombinlərin təməl komponentini təşkil edir. Önəmli gecələrdə üz, bədən və geyim arasında balansı tənzimləyən, ən xoş və ən diqqətçəkici aksessuarları əldə etmək isə xanımların daimi arzusudur. Ziyafət geyimləri xanımlar üçün yəqin ki, kombinlənməyi ən çətin olan məsələlərdəndir. Çantamız, ayaqqabımız və aksessuarlarımız sözsüz ki, bütünlük təşkil etməlidir.

Zuleykha SHOPun yeni kolleksiyası – ziyafət dəstlərində boynunuzu süsləyəcək, ziyafət libaslarınız və şıq bluzalarınıza ekstra kübarlıq və dəbdəbə qatacaq kolye və boyunbağılara, sırğalara geniş yer verilib. Tək və ya dəst olaraq taxa biləcəyiniz ziyafət sırğaları  və boyunbağıları kolleksiyanın öndə gələn və sevilən hissəsidir. Hər bir xanımın xüsusi günlərində, ən özəl anlarında bəyənərək taxacağına inandığımız modellər, daş-qaşlarla süslənmiş rəngli və ya şəffaf Swarovskilər əhatəsindəki bənzərsiz aksessuarlar arasında seçim etmək üçün çətinlik çəkə bilərsiniz. Eleqantlıq və zənginliyi qovuşduran, boynunuza zərif bir formada qonacaq modellər ilə ən son trendləri də üzərinizdə daşıyacaqsınız.
 


 

Ekstra həcmli sırğalar bu ilin trendləri arasında olub, xüsusən sadə libasların bəsit görünməməsi üçün taxılan bu dəbdəbəli aksessuarlar, libasları sehrli bir şəkildə zəngin və cazibədar formaya gətirir. Zuleykha SHOP göz qamaşdıran libaslarınızla bütünlük təşkil etməsi baxımından seçilən ziyafət dəstləri ilə məclislərin ən şıq qonaqları arasında olacağınızı vəd edir. Tərzinizdən asılı olmayaraq, saysız alternativ təqdim edən kolleksiyanın ən müxtəlif rənglərdəki modelləri ilə kontrast və ya ton sur ton üslubda luklar ortaya çıxara, iddialı, yaxud mülayim və romantik kombinlərlə ön planda ola bilərsiniz.

Bir sözlə, Zuleykha SHOP ilə ziyafətlərdə şıqlığınızla göz qamaşdırın, işıltınızla hərkəsi ovsunlayın..

 

Ətraflı məlumat üçün:
Instagram: @zuleykhashop
Facebook: zuleykhashop
Ünvan: 28 MALL, 3-cü mərtəbə

 Foto: Elbəy Sadıxlı
Model: Fidan Əfəndi
Saç/Vizaj: IN Studio Beauty Center
 
 











 

 
 

Şərhlər

Menyu