Təbiətin qoynunda lüks və komfort. İtaliyanın əsrarəngiz Mira Monti Oteli.

 

 

Mira Monti Boutique dəniz səviyyəsindən 1230 metr yüksəklikdə gözoxşayan mənzərələrə malik Merano şəhərindən cəmi 10 km uzaqlıqda yerləşir. Dağların əhatəsindəki vintaj üslublu dizayna malik otel qonaqları üçün nəfəskəsən mənzərə qarşısında ödənişsiz spa-salon, ləzzətlərindən və ab-havasından doymayacağınız restoranları, qapalı avto-dayanacaq, içərisində maye kristallı televizorlar olan geniş, modern və və dəbdəbəli otaqlar və daha bir çox xidmətlərini təklif edir.

Mira Montinin loft interyerə uyğun mebellərlə bəzədilmiş lüks otaqlarının pəncərələri yaşıllığın qoynuna aldığı yüksək dağlara və Merano şəhərinin əsrarəngiz mənzərəsinə açılır. Otelin qapalı hovuzları, saunaları, təbii daşlardan yaradılmış buxar hamamları və açıq havada hidra masaj vannası olan sağlamlıq mərkəzi mövcuddur.

Butik otel qonaqlarına ən müxtəlif çeşidlərdə mətbəx təqdim edir. Səhər saatlarında orqanik menyunun düzüldüyü İsveç masası, Tirol restoranındakı ənənəvi və müasir mətbəxlərin ləziz təamları ilə istirahətinizdə zövq alacaqsınız.

Mira Monti Hotel eyni zamanda dağ -xizəkçilik zonası Merano 200-dən 4 km aralıda olan Avalenqo şəhərində yerləşir. Bu səbəbdən qonaqlar xizəklərini saxlamaq üçün ödənişsiz otaqlardan istifadə edə bilirlər. Qonaqların istəklərinə görə həmçinin, Merano dağ xizəkçilik rayonuna pulsuz transferlər də təşkil olunur.
 
 

Hazırladı: Ülkər Kazımlı

 
 







 
 

Şərhlər

Menyu