Benjamin Henonun sarkastik və sürreal yaradıcılığı


 

Benjamin Henon Fransanın şimalında, kiçik Senlis qəsəbəsində doğulub böyümüş və hal-hazırda Parisdə yaşayan professional fotoqraf və sənətkardır. 41 yaşlı fotoqraf 1999-cu ildə qəbul olduğu Parisdəki “Les Gobelins” fotoqrafiya məktəbinin məzunudur.
O, yaradıcılığına ilk başladığı dövrlərdə əsasən şəhər mənzərəsinə fokuslanmış və 2003-cü ildə AFAA tərəfindən təşkil edilmiş, ən prestijli fransız peyzaj fotoqraflarının qatıldığı “Images of Paysages” adlı səyahət sərgisində iştirak etmişdir.

Hal-hazırda isə still-life fotoqrafı olan Benjaminin unikallığı ilə tanınmış yaradıcılığı, gündəlik rast gəldiyimiz müxtəlif bəsit obyektləri gözlənilməyən metodlarla canlandırdığı kadrları marağa səbəb olur. O, ətir, cavahirat, kosmetika, içki kimi lüks məhsulların çəkilişlərində onların zərifliyini maksimum ortaya çıxarmaqda mütəxəssisdir və Dolce Gabbana, Cartier, Chanel, Louis Vuitton, Azzaro, Georland, L’oreal, Harry Winston kimi brendlərlə, Air France madame, Telerama, The room, Qvestetc kimi jurnallarla çalışmışdır.

Benjamin “Leurre du dejeuner and Luxtensile” adlı seriyası üçün stilist Valentine Mazel ilə birlikdə sadə obyektlərin ləzzətli bir görüntüyə qovuşduğu əyləncəli fotoşəkillər ortaya çıxarıb. Yaradıcı əməkdaşlar qum, ayaqqabı ipi, sabun, süngər kimi bəsit detallarla kadrlara olduqca maraqlı ab-hava qatıblar.

 
 

Hazırladı: Nailə İskəndərova
 
 






 

Şərhlər

Menyu