Məzuniyyət gecəsində necə geyinməli? Dünyaca məşhur brendlərdən seçmələr!


 

Məzuniyyət günü yaddaşlarda iz buraxacaq anların unudulmaz bir hissəsi olmaq üçün heç bir nüansı diqqətdən kənar qoymaq olmaz! İllərlə unudulmayacaq, onlarca şəklin çəkiləcəyi xüsusi günə hazırlaşmaq isə xüsusi diqqət tələb edir.

Bu xüsusi gündə sizi ifadə edəcək libası tapmaq heç də asan deyildir.

Dəbdəbəli libas, hündür ayaqqabılar, orijinal çanta və aksessuarlar, saç və makiyaj – lukunuzu tamamlayacaq bu detallar sözsüz ki, ahəng təşkil etməlidir. Geyimləri seçərkən bədən ölçünüzü mütləq nəzərə almalı, soyuq və ya isti tonlardan hansının məhz sizin üçün münasib olduğunu dəqiqləşdirməlisiniz.

Bu mövsüm parıltı və işıltılar, daş-qaşlı əl işləri, parlaq zərli materiallar trend olduğu üçün gözqamaşdıran libaslar geyinməyə və ya makiyajınızda bu detallardan istifadə etməyə çəkinməyin.

Mövsümün ən az işıltılar qədər dəbli sayılan bir detalı varsa, o da üzərinizdə külək tək dalğalanacaq zərif tüllərdir. Tamamilə tüllərdən dizayn edilmiş və yaxud yalnız ətək hissəsində bu zərif materialdan istifadə edilmiş geyimlərlə ziyafət gecənizin ulduzu ola bilərsiniz.

Tül və işıltının yaratdığı dəbdəbədən uzaqlaşmaq istəyən, daha eleqant, minimalist və cazibədar luklarla sahib olmaq istəyən xanımlar üçün ipək və atlas materiallardan dizayn edilmiş sadə libaslar idealdır. Təbii ki, gecənin önəmini vurğulayacaq rəng paleti əhatəsində olmaq şərtilə..
 


 

Ən əsas məqamlardan biri isə gecə üçün təyin etdiyiniz saç və makiyajınızı, aksessuarlarınızı geyiminizə uyğunlaşdırmaqdır. Ancaq bu eyni ton detallar demək deyil, ümumi bir ahəng sizi şıq və cəlbedici edəcək.

Dumanlı göz makiyajı ifadəli bir sima üçün ən yaxşı dostdur. Qırmızı dodaqlarla vurğulanmış sadə makiyajınızı dağınıq yığılmış saçlarınızla tamamlamaq və uyğun libasla kombinləmək isə romantik ab-havadakı xanımların klassik seçimi ola bilər. Lakin “Sadəlik gözəllikdir” şüarını unutmayın. Doğru tonlarla edilmiş xəfif makiyaj, üz quruluşunuza yaraşacaq səliqəli saçlar və dəbli libaslarla istəyinizə nail ola bilərsiniz.

 

Hazırladı: Arzu Fariz

 
 


ALBERTA FERRETTI Limited Edition 2017

 


SCHIAPARELLI Haute Couture 2017

 


MARCHESA Spring/Summer 2017

 


ULYANA SERGEENKO Spring 2017 Haute Couture

 


BALMAIN Spring/Summer 2017

 


ELIE SAAB Ready To Wear Spring/Summer 2017

 


VALENTINO Spring 2017 Haute Couture

 

MARCHESA Spring/Summer 2017

 

Şərhlər

Menyu