Türk dizayner Bora Aksunun nostaljik hisslərindən ərsəyə gəlmiş kolleksiyası

 

Türk moda aləminin populyar nümayəndələrindən – modelyer Bora Aksu 2017 Yaz-Yay kolleksiyasını Londonda moda sevərlərə təqdim edib. Dizayner növbəti kolleksiyasında öz nənəsinin həyat hekayəsindən ruhlanaraq, keçmişin motivləri əhatəsində bənzərsiz geyimlər ortaya çıxarmışdır. Kolleksiyanı daha yaxından izlədikcə, detallar, kəsimlər və istifadə edilmiş materialların əhatəsində nostaljik hisslərə qapılmamaq əldə deyil.

Zərif orqanzaların və güpürlərin təməl komponentlər olaraq ortaya çıxdığı kolleksiyada rəng tonları da ümumi ahənglə ayaqlaşır. Pastel tonlar, çəhrayı, mavi, mərcan kimi rənglərin nəzərə çarpdığı geyim xəttinə qırçınlar və büzmələr, çiçək printləri ekstra romantik ab-hava qatmışdır.

Bora Aksu zərif materiallarına, rəng uyğunluğundakı düzgün seçimlərinə və eyni zamanda qadınsayağı libaslarına görə bir çox moda tənqidçilərinin sevimlisidir. Modelyer eyni zamanda London moda marafonunun aktiv iştirakçılarındandır. Bu səbəbdən də Bora Aksunun moda nümayişi çoxsaylı mətbuat nümayəndələrinin iştirakı ilə həyata keçir.

 
 

Hazırladı: Ülkər Kazımlı

 
 





























 
 

Şərhlər

Menyu