Begüm Salihoğlunun gəlinləri. Nağıl dünyasının əsrarəngiz qəhrəmanları.

Adını bir çox dünya ölkələrində tanıtmış İstanbullu dizayner Begüm Salihoğlunun Couture ağırlıqlı dizaynlara yer verdiyi brendi 2009-cu ildən bəri İstanbulda fəaliyyətini davam etdirir. 34 yaşlı dizayner Couture sahəsində istedadını təsdiq etmiş gənc nəslin təmsilçilərindəndir. Parsons School of Design məzunu olan Begümün House of Dereon yarışmasındakı birinciliyi isə uğurlarından sadəcə biridir.

Hussein ChalayanAlessandro dell’Acqua brendləri ilə çalışmış, Lindsay Lohan, Adriana Lima kimi məşhur simaları geyindirmiş və hal-hazırda Türk moda dünyasının ən nüfuzlu şəxslərindən sayılan dizaynerin özünəməxsus gəlinlik kolleksiyaları da olduqca sevilir.  Qadın vücuduna ən gözəl formanı bəxş etməyi hədəfləyən Salihoğlu 2018 gəlinlik kolleksiyasında özünəinamlı və zərif qadın üçün bohem, lüks, bənzərsiz və zamansız modellər təqdim edir.  Əvvəllər yalnız xüsusi şəxslər üçün dizayn etdiyi gəlinliklərlə adı dillərdə dolaşan dizayner böyük istək və tələb ardından gəlinlik sahəsindəki iddiasını da ortaya qoyur. Onun romantik və modern gəlinləri nağıl dünyasının əsrarəngiz motivlərini üzərlərində uğurla daşıyırlar. Duvaq yerinə təbiət və romantizmin ahəngi bəmbəyaz çiçəklərdən və saç aksessuarlarından istifadə edən dizayner güpürlər və tüllərlə əldə etdiyi xəfif vintaj küləyi ilə də xanımları ovsunlamağı bacarıb.
 
 

Hazırladı: Nailə İskəndərova 

 
 




































Şərhlər

Menyu