İftara hara gedək? Bu il Ramazanda gediləcək top məkanlar.



 

İslam aləminin hər il olduğu kimi bu il də həyəcanla gözlədiyi ən bərəkətli və müqəddəs ay – Ramazan ayındayıq. Hüzur dolu Ramazan ayının gəlişilə hər bir müsəlmanın evində ailə üzvləri və yaxınların bir masa arxasında əyləşməkdən zövq aldığı, növbənöv təamlarla bəzənmiş iftar və imsak süfrələri qurulur. Bərəkəti, gözəlliyi və barışı özü ilə birlikdə gətirən müsəlman cəmiyyətinin bu önəmli günlərində ölkənin dörd bir tərəfindəki insanları qovuşduran iftar süfrələri ən səmimi və sevgi dolu anlara səbəb olur.

Ramazanın xüsusən də ilk günlərində bir-birindən ləziz xörəklərlə iftar süfrəmizə rəng qatır və bugünlərdə evdə hüzur dolu axşamlar keçirməyə üstünlük veririk. Eləcə də, təam dəyişdirmək, bu gözəl anları doğmalarımızla fərqli məkanda qarşılamaq istədikdə şəhərimizdə fəaliyyət göstərən müxtəlif məkanlara üz tuturuq. Artıq son illər bu müqəddəs ay ilə əlaqədar xüsusi menyular hazırlanır, restoran və kafelər qonaqları xüsusi mətbəxlə qarşılayırlar.

Biz də Zuleykha jurnalı olaraq şəhərimizdə iftarınızı aça biləcəyiniz klassik və ən fərqli məkanları bir araya topladıq.


 
 
 







ÇAYNATAUN

Çaynataunçaytaun sözlərinin birləşməsindən yaranıb və “çay taunu”, yəni “çay epidemiyası” deməkdir.Chinatown” kimi yazıldıqda isə Çin şəhərciyi və ya Çin ab-havası yaşanan məkan mənasını verir. Çaynataun özünü belə ifadə edir və şəhərimizin yenidən çay epidemiyasına tutulmasına səbəb olmağı hədəfləyir.

Çay içmək hər zaman istirahət üçün əla ideyadır! Xüsusən də Ramazan ayındayıqsa.. Çaynataunda ən dadlı və fərqli çaylardan, ləzzətli yeməklərdən və adət etmədiyimiz ab-havadan əlavə müxtəlif masaüstü və “PlayStation” kimi hər kəsin sevdiyi oyunları oynamaq mümkündür. Bildiyimiz kimi, Nərd, Domino kimi oyunlar hər birimizin əvəzolunmaz oyunları sırasındadır. İftardan sonra əyləncə dolu anlar yaşamaq istəyənlər, bu ideyanı gerçəkləşdirmək üçün  Çaynataun-da çin mətbəxinin ən ləziz təamları ilə fərqli abu-havalı məkana buyura bilərlər.

Restoranın maraqlı rənglər və dekorlarla bəzənmiş Şərq üslubundakı və yaşıl bitkilər əhatəsindəki hüzur dolu interyeri  sizlərə unudulmaz iftar təcrübəsi yaşada bilər. Restoran eyni zamanda yayın gəlişi ilə qiymətlərində inanılmaz endirimlər edib, belə ki, Çaynataunda bütün yemək və içkilər 50% endirimlə təklif edilir. Restoranın girişində isə sizi maraqlı və kreativ bir yazı qarşılayır: “Sabah çay pulsuzdur”

 

Rezervasiya üçün:
Tel: + 994 12 490 42 61; +994 55 252 52 92
www.chinatown.az
Instagram: @chinatownbaku
 
 
 
 


 

Fairmont Baku, Flame Towers – Le Bistro

Xəzər Dənizinin əhatəsinə aldığı, “Odlar Diyarı”-nın paytaxtı Bakının simvolik alovu, məşhur Alov Qüllələrinin tərkibində fəaliyyət göstərən və paytaxtın ən lüks otellərindən olan Fairmont Baku modern dizaynı, dəbdəbəli atmosferi və yüksək standartlarıyla sizə və qonaqlarınıza unudulmaz anlar yaşadacaq.

Bakının bənzərsiz gözəlliklərini qonaqlarına təqdim edən otel zəngin detallarla uyğunluq içərisindəki interyeri, kübar və olduqca komfortlu istirahət məkanları ilə birlikdə sizlərə xoş təcrübələr qazandıracaq. Möhtəşəm mənzərə qarşısında ləziz dadlar təklif edən Le Bistro restoranı isə Müqəddəs Ramazan ayı ilə əlaqədar qonaqlarına iftar və imsak menyularını bufet şəklində təqdim edir. Restoran həmçinin müxtəlif şirkətlər, korporasiyalar üçün nəzərdə tutulmuş banket menyusu da qonaqlarına təklif edir. Qeyd edək ki, Le Bistro restoranının imsak menyusu otaqlara birbaşa xidmət olaraq nəzərdə tutulmuşdur.

Le Bistro-nun ovsunlayıcı terrası və Aralıq dənizi ləzzətləri ilə zəngin olan banket, iftar və “in room dining” menyuları xüsusi diqqətlə seçilmiş  növbənöv təamları ilə şəhərin ecazkar mənzərəsi qarşısında Ramazan axşamlarınıza hüzur və zövq qatacaq.

 

Rezervasiya üçün:
Tel: +994 012 565 48 48
Facebook: Fairmont Baku

 
 
 
 






Four Seasons Hotel Baku – EYVAN terrası

Paytaxtımızda yerləşən və dəbdəbəli görkəmi ilə şəhərimizin simvollarından birinə çevrilmiş Four Seasons Hotel Baku, eyni zamanda qonaqlarına təqdim etdiyi lüks və komfortlu xidmətləri ilə onların təqdirini qazanmağı bacarmışdır. Müqəddəs Ramazan bayramını nəzərə alan otelin bir-birindən ləzzətli təamları ilə şöhrət tapa bilmiş restoranları xoş ab-havalı məkanlarında bu ay sizləri xüsusi menyuları ilə gözləyir.

Müqəddəs Ramazan ayının gəlişi ilə Four Seasons Hotel Baku, sizləri şəhərin ən dəbdəbəli məkanında, möhtəşəm şərq cazibədarlığı əhatəsindəki orijinal atmosferdə İftarı qarşılamağa dəvət edir. Dünya səviyyəli qonaqpərvərliyin şərq bayramları ilə görüşdüyü məkan, Xəzər dənizinin incisi Four Seasons Hotel Baku, bir sözlə Ramazan ruhunu hiss etdirməyi hədəfləyir. Otelin ecazkar məkanlarında qürub sonrası qonaqlar Baş Aşpaz Talha Bark tərəfindən xüsusi hazırlanmış yerli və beynəlxalq yeməklərdən xüsusi iftar menyusunu dada biləcəklər.

Otelin milli mətbəximizdən seçmə ləzzətlərlə zəngin, bol çeşidli yeməkləri ilə EYVAN terrası Ramazan atmosferindən zövq almaq, dostlarınız, ailəniz və yaxınlarınızla birlikdə unudulmaz bir gün keçirmək şansını möhtəşəm İçərişəhər mənzərəsi ilə birlikdə bəxş edir. Xüsusi iftar menyusu iftarı ayrıca qarşılamaq istəyənlər üçün Four Seasons Hotel-in bütün restoranlarında, həmçinin room servis-də də mövcüddur.

 

Rezervasiya üçün:
Tel: + 994 12 404 2424
zafferano.bku@fourseasons.com
Instagram: @FSBaku

 
 
 
 







Boulevard Otel – The Green House Kitchen

Adını dənizkənarı parkdan götürmüş və Bakı buxtasında, şəhər mərkəzindən Şərqdə yerləşən “Boulevard Otel” Azərbaycanın ən böyük konfrans oteli olmaqla qonaqlara 818 ecazkar rahatlığa malik otaqlar təklif edir. “Boulevard Otel” paytaxtın başlıca işgüzar və mədəni mərkəzlərinə tez bir zamanda çatmaq üçün əlverişli məkanda yerləşir və qonaqlara vaxtlarını səmərəli keçirmək üçün hər cür imkanlar təklif edir.

“Boulevard Otel Bakı”-nın memarı dünyaca məşhur və bir çox mükafatlara layiq görülmüş Reardon Smith Architects şirkətidir. Dəbdəbəli otel qonaqlarına maksimum istirahət bəxş edən ecazkar “The Green House Kitchen” restoranında Müqəddəs Ramazan ayı boyunca ailəniz və dostlarınızla birlikdə ağız dadına uyğun çeşidli menyular təqdim edir.

“The Green House Kitchen” otelin əsas restoranı olaraq qonaqlara beynəlxalq səhər yeməyi bufeti, nahar və şam yeməyi üçün isə Aralıq dənizi mətbəxi nümunələrini təklif edir. 450-dək ziyarətçini qəbul etmək imkanında olan restoran qonaqlar üçün açıq mətbəxə malikdir. Açıq mətbəx ərazisində xüsusi bitkilər və tərəvəzlərin əkildiyi canlı guşə və Aralıq dənizi mətbəxinin nümunələrinin təklif edildiyi salat guşəsi, kömürlü qril və odunla işləyən təndir restorana xüsusi gözəllik verir. Açıq havadakı və müxtəlif bitkilərlə bəzədilmiş geniş terras Xəzər Dənizinə açılan mənzərə ilə şəhər daxilində rezort hissi yaradır. Restoranın interyeri təbiətin gözəlliyini ehtiva etməklə “Baku White City” ərazisinin Xəzər dənizi sahilində yerləşən ekoloji baxımdan təmiz və ən cazibədar əraziyə çevrilməsi tarixini təcəssüm etdirir.

 

Rezervasiya üçün:
Tel: + 994 12 310 00 10
Facebook: 
Boulevard Hotel Baku, Autograph Collection

 
 
 
 







Taste Cafe Central Station Baku

Paytaxtın qədim tikililərindən olan Dəmir Yolu Vağzalında – ən işlək və mərkəzi hissələrindən birində yerləşən Taste Cafe Central Station Baku az müddətdir ki, fəaliyyətə başlayıb. Hər mövsüm üçün ideal olan bu məkan şəhərin mərkəzində səs-küydən və qarışıqlıqdan uzaqlaşmaq istəyənlərin artıq diqqətini çəkə bilib. Kafenin bir-birinə uyğun rənglərlə dizayn edilmiş ovsunlayıcı interyeri, istifadə edilmiş dekorları sakit və hüzurlu atmosfer yaradır, milli və universal dadlar şəhərin mənzərəsi əhatəsində qonaqlara təqdim edilir.

Az bir müddətə ləziz menyusu və sürətli xidməti ilə sakinlərin ürəyincə olmağı hədəfləyən Taste Baku eyni zamanda saysız kitab seçimi təqdim edən bir “bookcafe” kimi fəaliyyət göstərməkdədir. Orijinal məkanın yayın gəlişi ilə açılmış geniş və gözoxşayan terası isə istirahətinizi etibar edib razı qala biləcəyiniz məkanlardan olduğunu sübut edir.

Rahat məkan – Taste Cafe axşam saatlarında iftarınızı xoş auralı atmosferdə açmaq və doyunca istirahət etməniz üçün xüsusi iftar menyusu təklif edir. Çeşidi bol, seçimlərlə zəngin menyu ilə dostlarınız və yaxınlarınızla birlikdə uzun müddət yaddaşınızdan silinməyəcək xoş bir gün keçirə bilərsiniz. Müqəddəs Ramazan ayı ilə əlaqədar Taste Cafe eyni zamanda qonaqlarına xüsusi imsak menyusunu da təklif edir.


Rezervasiya üçün:
Tel: + 994 55 750 00 01
Instagram: @tastecafebaku
Facebook:
 Taste Cafe

 
 
 

Şərhlər

Menyu