Amal Al Raisi 2017. Buxur ətirli Ramazan kolleksiyası.

 

 

Əslən Omandan olan Amal Al Raisi əla növ ipəyin və tülün vəhdətindən ərsəyə gələn 2017-ci il Ramazan kolleksiyasını təqdim edib. Hər iki detalın bir geyimdə birləşməsi zərif və eleqant geyimlərin ərsəyə gəlməsinə səbəb olub.  Dizayner  yeni kolleksiyasını Omanın Cənubunda yerləşən Dofar ərazisindən ilhamlanaraq yaradıb. Dofar qədim zamanlardan buxur ağacına görə məşhurdur. İpək yolunun üzərində yerləşən ərazidə dayanan karvanlar bu ərazilərdən buxuru alır və Avropada satırmış. Buxur çiçəyi isə qədim zamanlardan Avropa kilsə və qəsrlərinin bəzəyi olub.

Dünya standartlarına cavab vermək üçün beynəlxalq çap dizayneri olan Luis Amstrupla birgə işləmişəm. Hər iki dizaynda gözəl Dofarın təbiətindən ilhamlanmış, okeanı, dağları və simvolik olaraq buxur ağacını təsvir etmişəm,” – Al Raisi bildirib. “Mən ipək və tüldən istifadə eləmişəm ki, bu geyimlərin isti yay aylarında da istifadəsi mümkün olsun.”

Regionun nüfuzlu brendlərindən olmaq Al Raisi üçün çox əhəmiyyətlidir. Böyük Britaniya bazarlarına girmək isə onun ən böyük məqsədlərindəndir. “Sərhədləri aşmaq daim ən böyük arzum olub və düşünürəm ki, bunu indi eləməyin ən münasib vaxtıdır,” – deyə dizayner vurğulayır.

 

Hazırladı: Gültəkin Hacıyeva

 









 
 

Şərhlər

Menyu