YNM brendindən Ramazana özəl ana-bala kaftan seriyası


 

2014-cu ildən fəaliyyət göstərən Dubay mənşəli geyim brendi YNM bəsit, lakin eleqant detallara əsaslanan və tamamilə əl işindən ibarət kolleksiyalarla zəngindir. Addım-addım standartlarını yüksəldən brend minimal klassika və modernizmə əsaslanaraq qadınsı tərzi özünəməxsus formada alıcılarına təqdim edir.

Ərəb dizayner və YNM brendinin yaradıcı direktoru Yasmin Al Mullanın Ramazan ayı üçün xüsusi dizayn etdiyi kolleksiyası isə digərlərindən önəmli bir məqam ilə fərqlənir. Belə ki, bu kolleksiyadakı kaftan nümunələrini xanımlar təkcə özləri üçün deyil, öz balacalarına da ala və birlikdə dəbli luklar yarada bilərlər. Dizaynerin sayca dördüncü olan bu kolleksiyası qadın və uşaq geyim xəttini birləşdirdiyi ilk belə kolleksiyadır. Altı kaftan və ona uyğun olaraq tamamlanmış mini versiyalar əsasən açıq tonlarda və ipək, kətan kimi yumuşaq materiallardan dizayn edilmiş, zərif gözəçarpmayan naxışlar və çiçək motivləri ilə süslənmişdir.

 
 

Hazırladı: Nailə İskəndərova
 
 



 

Şərhlər

Menyu