Zuleykha SHOP-dan yayın son trend qolbaq və üzükləri

 
 

 
 
Trendlər daim dəyişir, moda dünyası durmadan yeni kolleksiyalar sayəsində fərqli detal və üslubları gündəmə gətirir. Mövsümdən mövsümə ardıcıllıq yaradan moda tədbirləri bu trendlərin dəb azarkeşlərinə çatdırılması və daha tez yayılmasına yardımçı olur.

Artıq sirr deyil ki, bugünün dəbsevər qadını qarderobunu aksessuarsız təsəvvür etmir. İlk düşündükdə geyim qədər  önəm daşımasa da, əslində xırda detallar bütöv görüntünü anında dəyişmək gücünə malikdir. Buna görə zinət əşyaları və ya dəbli bijuteriyalar illərlə daha aktuallaşmağa səbəb olmuşdur. Məlumdur ki, zinət əşyaları daha qiymətli olduğundan onları hər zaman əldə etmək o qədər də əlverişli sayılmır. Lakin tez-tez yenilənən trendlər sayəsində qarderobda dəyərli aksessuarlara yer vermək daha səmərəli hesab olunur.

Oxucularımız artıq Zuleykha SHOP brendinə məxsus aksessuarlarla daha öncəki məqalələrdən tanışdırlar. Jurnalımız yayın gəlişi ilə əlaqədar olaraq brendimizə aid yeni qolbaq və üzükləri sizə təqdim edir. Qısaqol geyimlərin qarderobda üstünlük təşkil etməsilə əllərin daha yaraşıqlı, ümumi görünüşün isə daha şıltaq və dəbli görüntüsü üçün rəngli daşlar və şəffaf kristal saflığında Swarovski qaşlardan ibarət keyfiyyətli polad örtüklü bu məhsullar dizayn və müasir modelləri ilə  xüsusən modabaz xanımların diqqətini cəlb edəcək.

Hər modeldə güclü yaradıcılıq və eleqant toxunuşların vurğulandığı yeni kolleksiya sizlərə həmçinin möhtəşəm və ucsuz-bucaqsız hədiyyə alternativi təklif edir. Xatırladaq ki, Zuleykha SHOP butikindən alınan hər bir məhsul məxmər qutuda və xüsusi hədiyyə qablaşdırmasında təqdim edilir. Hədiyyə qablaşdırıldıqdan sonra ətirlənib süsləndirilir və sahibəsinin ünvanına ödənişsiz çatdırma ilə və ya brendin 28 MALL 3-cü mərtəbədə yerləşən ilk butikinə yaxınlaşaraq əldə edilir.

Bəs siz bu yay Zuleykha SHOP-dan ən sevdiyiniz aksessuarı seçmisiniz?
 

Ünvan: 28 Mall, 3-cü mərtəbə
Instagram: zuleykhashop

Facebook: zuleykhashop

 


Foto: Tərlan Aslanov
Model: Ülkər Muradova

 
















 
 

Şərhlər

Menyu