Sofiya Verqara. Enli qaşlar və təsirli baxışları ilə heyranedici tərzin sahibəsi.


 

Bəzi məşhur simaların filmləri, uğurlu karyeraları ilə bərabər, ekzotik gözəlliyi, heyranedici geyim tərzi və gözqamaşdırıcı lukları onları bizə daha çox sevdirir. Zuhair Murad, Marchesa, Michael Kors, AG, Mark Zunino, Vera Wang, St. John, CHANEL və bir çox dünyaca məşhur brendin kolleksiyalarını üzərində tez-tez gördüyümüz  Sofiya Verqara Kolumbiya əsilli model, aparıcı və aktrisadır. Uğurlu karyera və şıq qarderobu birləşdirdiyi qadınsı vücudu ilə özqüvənli və güclw xanım obrazını canlandıran aktrisa yüzlərlə qadına ilham qaynağı olmuşdur.

Lukları ilə daima gündəmdə olan 42 yaşlı Hollivud ulduzu Sofiya Verqara qıvrımlı vücud tipi və eleqant tərzi ilə əsl stil ikonasıdır. Aktrisa addımını atdığı qırmızı xalçalarda, iştirak etdiyi müxtəlif tədbirlərdə bütün nəzərləri üzərinə toplaması və çəkici görkəmi sayəsində tez-tez adından bəhs etdirir.

Tamaşaçı onu ən çox Latın Amerikalı qadına xas səmimi, istiqanlı münasibəti, yumor hissi və cazibədarlığı ilə yadda qalan “Müasir ailə” serialının sevimli anası olaraq tanıyıb sevdi.

 


 

Sofia Verqaranın gündəlik həyatda seçimi daha çox sadə cinslər və “tshirt”-lər olsa da, özəl günlərdə olduqca iddialı seçimlərə üstünlük verir. Makiyajda klassikaya önəm verən aktrisanın göz makiyajları isə artıq imzasına çevrilmişdir. Aksessuar seçimindəki ahəngə libasları qədər önəm verən ulduzun tədbirlərdə rast gəlinən iri həcmli bilərzik və dəyərli zinət əşyaları diqqətlərdən yayınmır.

Tərzi ən çox izlənilən və şıqlığı hər situasiyada nəzərdən buraxmayan Sofiya cazibədar vücud tipi vasitəsilə küçə dəbinə də qırmızı xalçanın dəbdəbəsini daşıya bilən məşhur simalardandır.

 
 

Hazırladı: Nailə İskəndərova

 
 








 

Şərhlər

Menyu