CHANEL-in podiumdan gələn saç və makiyaj trendləri.


 

Karl Laqerfeld ərsəyə gətirdiyi Yaz – 2017 Kütür kolleksiyasının silüetlərində İsveçrəli heykəltəraş Alberto Giakommetinin “Qaşıq Qadın” (Spoon Woman) heykəlindən ilhamlanaraq göz oxşayan kreativ libaslar ərsəyə gətirmişdir. Tamamilə gümüşü işıltıların ağuşuna aldığı podiumda modellərin güzgülər əhatəsindəki təqdimatı isə kolleksiyanın nümayişinə xüsusi həyəcan qatıb.

CHANEL 2017 kütür podiumunda geyimlərlə bərabər saç və makiyajlar da ilin ən güclü trendlərindən olan işıltılar, zərlər, parlaq kölgələrlə zəngindir. Modellərin üz dəriləri, göz ətrafı və ya yanaqlarındakı gümüşü parıltılar dərin sinə dekoltelərini, gümüşü yüksək topuqlu ayaqqabıları və hər geyimdə qarşımıza çıxan metalik qalın kəmərlərini tamamlayan ən cazibədar detaldır. Almacıq sümüyündəki parıltılar bu il də zərli makiyaj və haylayter modasının bizimlə qalacağına və 90-cı illərin dəbinin 80-ci illərlə əvəzlənəcəyinə sübutdur.
 


 

CHANEL evinin vizajistləri makiyajda əsasən tək bir rəngdən istifadə etməyi seçmişlər, hansı ki, özül olaraq dodaq boyasının rəngi götürülüb. Coco Code Harmonie de Blush ənliyi almacıq sümüyünün ən üst hissəsinə çəkilmiş və həmin rəng göz qapağının bəzədilməsində istifadə olunmuşdur. Səhnə arxası ustalar gözlər üçün Candeur et ExperienceTisse Smoky paletlərini, qaşlar üçün La Palette Soureits de Chanel baxım dəsti, dodaq makiyajı üçün isə La Secrete dodaq boyası, Rouge Allue Velvet, Rouge Allure Ink, SiduisantGloses Volume dodaq parladıcılarını seçiblər.

Sem Maknaytın spiralvari formada topladığı zərif və şıltaq ab-havalı orijinal saç modelləri podiumdakı geyimlər və makiyajın ahəngini daha da zənginləşdirib. Karl Laqerfeld bu ecazkar və qeyri-adi podium nümayişinin bağlanış mərasimini isə son zamanlar diqqətləri üzərində toplayan yeni gənc sima Lili Roz Dep ilə birlikdə etmişdir.
 
 

Hazırladı: Ülkər Kazımlı
 
 














 
 

Şərhlər

Menyu