Ramazan ab-havası evinizdə. Detallara diqqət.

 

 
 

Duaların qəbul olduğu, ailələri bir süfrə arxasında qovuşduran mərhəmət və bərəkət ayı Ramazan davam edir. Bu müqəddəs günlərdə evinizdə kiçik toxunuşlarla böyük dəyişikliklər yarada və ilin ən gözəl ayını evinizdə gerçək anlamda hiss etdirə biləcəyiniz interyer ortaya çıxara bilərsiniz.

Şərq interyeri – xəyallar dünyasına səfər..

Şərq dedikdə ağla dəvə karvanları, uçan xalçalar və 1001 gecə nağılı gəlir. Bəs, Şərq interyerinin özünəməxsus detalları hansılardır? Yaponiyadan Mərakeşədək müxtəlif ölkələri əhatə edən Şərq, eyni zamanda xüsusi və oxşar elementləri ilə onları bir-birinə bağlayır. İstər naxışlı xalça, istərsə də maraqlı üsluba aid lampa, hətta ən Avropa sayağı interyerə belə Şərq notlarını qata bilər.

 

 


Ornamentli qablar

Şərq üslubunun ən yaddaqalan göstəricilərindən biri müxtəlif ornamentli qab-qacaqdır. Tabaqlar və qrafinlər, miniatür kasalar belə maraqlı ornamentlə göz oxşayacaq və iftar süfrənizdəki qonaqlarınıza doğmalıq hissi yaşadacaq, dünyanın hansı ölkəsində yaşadığınızdan aslı olmayaraq, nahar zamanı özünüzü bir anlıq Şərq evlərinin qonağı kimi hiss edəcəksiniz.

 


 

Sehrli xalça..
Qərbdən fərqli olaraq, Şərqdə həyat tərzi daha sakit keçir. Bunu sizə evinizin, ən əsası da qonaq otağınızın Şərq üslublu interyeri sübut edə bilər. Yumşaq dəstlər üzərindəki ornamentlərlə zəngin döşəkçələr və çoxsaylı rəngarəng balış və mütəkkələr, əl işi olan qədim xalçalar xoş atmosfer yaradıb, sizi nağıllar dünyasına apara bilər.

 

 


 

Şərq sayağı naxışlar..
Sütunlar, divar və mebel əşyaları üzərində naxışlar, rəngarəng kirəmitlər, güzgülər və gecə lampaları Şərq interyerinin ayrılmaz hissidir. Onları düzgün istifadə edərək və uyğunlaşdıraraq evinizdən çıxmadan belə xəyallar dolu möhtəşəm bir dünyaya səfər edə biləcəksiniz.

 


 

Hazırladı: Şəbnəm Mikailova

 
 

Şərhlər

Menyu