NIKE-ın böyük bədən xanımlara müjdəsi!


 

Dolu bədənli xanımların idmana başlamaması üçün artıq heç bir bəhanə qalmadı!

Böyük ölçülü qadınlar üçün şopinq etmək kifayət qədər çətindir. İdman geyimləri tapmaq mövzusunda isə söhbət belə gedə bilməz. Belə ki, əksər idman geyimi istehsalçıları standart ölçülərə üstünlük verərək, böyük bədən alıcılara seçim təqdim etmir. Lakin “Nike inanır ki, bu gün qadınlar daha güclü, daha cəsarətli və daha çox sosialdırlar.” fikri altında brend bütün stereotipləri qıraraq, iri bədən sahiblərinə nəinki alınacaq, hətta dizayn və rahatlığına görə seviləcək geyim dəstləri istehsal etməyə başladı.

 

 

Qadın idman geyimləri istelsalçısının vitse-prezidenti Helen Buşer isə böyük ölçülü geyimlərin dizaynına sadəcə məhsul sırasını artırmaq üçün başlamadığını, son 10 ildə NIKE böyük ölçülü geyimlər istehsal etsə də, ekstra böyük ölçülü geyimlərin istehsalına yeni başladığını vurğulayıb. Beləliklə, brendin istehsal etdiyi geyimlərin ölçüsü 44-56 aralığında olub,  qiyməti endirim zamanı mağazalarda 35 USD-dan başlayaraq 175 USD-a qədər dəyişir.

 
 

Hazırladı: Gültəkin Hacıyeva

 
 








Şərhlər

Menyu