KİNO | “LION” – Sarunun evə qayıdış hekayəsi


 

Növbəti bir evə qayıdış hekayəsi, bu dəfə fərqli ampulada.. “Lion” filmi Hindistanda hər il itkin düşən 80.000 uşağın sadəcə birinin  Saru Bierleyin hekayəsini əks etdirir.

“Milyonçu” filmindən tanıdığımız Dev PatelNikol Kidmanın ifasında real hadisələr əsasında ekranlaşdırılmış film dram və bioqrafiya janrındadır.

Hindistanda kiçik, lakin xoşbəxt kəndli ailəsinin ən kiçik üzvü olan beş yaşlı Saru qardaşı ilə səyahət zamanı qatarda yatıb qalır və beləliklə, evindən 1500 km uzağa – Kəlküttə gedib çıxır. Şəhərdə başına müxtəlif hadisələr gələn Saro bir müddət sonra yetimxana həyatı ilə tanış olur. Bir il sonra Tasmaniyada bir ailə tərəfindən övladlığa götürülür. Həyatı qaydasında olsa da əsl ailəsi haqqında düşüncələr, xatirələr onu rahat buraxmır. Və nəhayət, 25 il sonra Saru ailəsinin axtarışına çıxır.
 
– Sənədlərin necə?
– Anam oxumaq və yazmağı bacarmırdı.
– Bəs nə edirdi?
– Muzdlu işçi idi…. Daş daşıyırdı.
 
Filmin heyyəti eyni zamanda Hindistanda itkin düşən uşaqlara LION HEART (Şir ürək) adlı kampaniya ilə dəstək olur.
 
 

Hazırladı: Arzu Fariz

 




https://www.youtube.com/watch?v=-RNI9o06vqo

 
 

Şərhlər

Menyu