Analara həsr olunan Ju-ju-Be və Tula Baby brendlərinin ortaq kolleksiyası

 

 

Valideynlərin sevimli brendləri Ju-Ju-BeTula Baby-nin ortaq işbirliyi pulunuzu sevərək xərcləyəcəyiniz bir kolleksiyanın yaranmasına səbəb olmuşdur.

Bu iki populyar brendin birləşərək ərsəyə gətirdiyi rəngarəng çantalar, aksessuarlar, zəngin printlərlə bəzənmiş bələkağı və yorğanlar balaca dəcəllərinizi və eyni zamanda sizi olduqca həyəcanlandıracaq. Müxtəlif cizgilər və tərzlərdə təklif edilən məhsullar içərisində diqqəti ən çox cəlb edən al-əlvan printli çantalardır. Ağ rəngli çantaların üzərinə qırmızı, çəhrayı, mavi rənglərdəki çiçəklərin dizayn edilməsi xoş ab-havanın yaranmasına səbəb olur. Qeyd edək ki, bu dəbdəbəli məhsullar çox rahatdır və eyni zamanda davamlı və funksional olması anaların işini bir qədər asanlaşdırır.

 
 

Hazırladı: Ülkər Kazımlı

 
 








Şərhlər

Menyu