“Təbiət evimizdir”. CompAct Club kempinq klubu ekstrimal təbiətlə təmasa səsləyir.


 

CampAct Club (Camping Activity Club) 29 İyul 2015-ci il tarixində ekstremal təbiət şəraitində yaşamağı sevən 3 dost tərəfindən ilk öncə hobbi olaraq yaradılmış, daha sonra bütün ölkə daxilində kempinq istirahətini təşkil edən, pərakəndə və korporativ müştərilərə təbiətdə gəzinti, istirahət və “outdoor” (çöl) təlim turlarının təşkili xidmətini həyata keçirən bir peşəkar kempinq klubuna çevrilmişdir.

Son illərdə ölkəmizdə turizm sahəsinə göstərilən diqqət və bunun məntiqi nəticəsi olaraq ölkəyə gələn turistlərin sayındakı artım yeni və alternativ turizm xidmətlərinin ortaya çıxmasını labüd edir. Klubun əsas missiyası insanların asudə vaxtını faydalı təşkil edib, onlara təbiət ilə sağlam təmasda olmağı, təbii şəraitdə yaşamağı bacarmağı və ətraf mühiti məişət tullantıları ilə çirklənmədən qorumağı təbliğ etməkdir. Əbəs yerə klubun şüarı olaraq “Təbiət evimizdir” seçilməyib.
CampAct Club ötən müddət ərzində Azərbaycanın bir sıra dilbər guşələrində düşərgələr salıb və coğrafiyanı günü gündən genişləndirməyə çalışır. Klubun bir sıra strateji hədəfləri vardır ki, bunlara:

• Azərbaycanda kempinq istirahətinin və mədəniyyətinin inkişafında fəal iştirak etmək,
• Kempinqi təbliğ etməklə vətəndaşlarımızın istirahət vərdişlərini dəyişmək və ekoturlara marağı artırmaq,
• Ölkəmizin kempinq turizm potensialını xarici turistlərə təbliğ etmək,
• Azərbaycanda Kempinq xidməti göstərən qabaqcıl kluba çevrilmək və s. misal ola bilər.
 


 

Həmçinin klubun xidmətlərindən hər kəsin istifadə edə bilməsi üçün bu il strategiyada dəyişiklik edilib. Əgər ötən il müəyyən qrup toplaşdıqdan sonra müəyyən əraziyə gedilirdisə, bu il düşərgələr əvvəlcədən təyin olunmuş gözəl ərazilərdə salınıb. Arzu edənlər öz qrafiklərinə uyğun vaxtda düşərgəyə gəlib istirahət edə bilərlər. Klub hal-hazırda 4 paket təklif edir:

– Siz öz çadır və avadanlıqlarınızla gəlib 10 AZN ödəməklə CampAct Club-un düşərgəsi ərazisində dincələ bilərsiniz.
– Siz klubun bütün yaşam avadanlıqlarını (çadır, döşək, yuxu torbası, fənər, stul, manqal, samovar) istifadə edərək dincələ bilərsiniz. Bunun üçün 20 AZN ödəməniz gərəkdir.
– Siz klubun bütün yaşam avadanlıqlarını (çadır, döşək, yuxu torbası, fənər, stul, manqal, samovar) istifadə etməklə bərabər səhər yeməyi də arzu edə bilərsiniz ki, bunun da qiyməti 25 AZN təşkil edir.
– Sonuncu seçim olaraq isə klubun bütün yaşam avadanlıqlarını (çadır, döşək, yuxu torbası, fənər, stul, manqal, samovar) istifadə etməklə bərabər gündə 3 dəfə yeməklə də təmin oluna bilərsiniz. Bu paketin qiyməti isə 40 AZN təşkil edir.
May ayının sonuna qədər düşərgələr Quba, Qəçreşdə olacaq. Sonrakı aylarda isə Qusar, Nabran, Şamaxı-Qəbələ-İsmayıllı rayonlarında düçərgələrin salınması planlaşdırılır.
 
 

Ətraflı məlumat üçün: info@campact.az
Tel: +99450 505 9020, +99455 504 9020, +99455 560 50 06

 
 









 

Şərhlər

Menyu