Baku Street Fashion: Azerbaijan Fashion Week moda həftəsində küçə dəbi

 
 

 
 
“Zuleykha” jurnalının ənənəyə sadiq qalaraq paytaxt Bakının müxtəlif ərazilərində həyata keçirdiyi “Baku Street Fashion” layihəsinin bu dəfəki buraxılışı günlərdir dəb sevərlərin əsas gündəmini təşkil edən və ötən günlərdə baş tutan Azerbaijan Fashion Week Payız-Qış 2017/2018 tədbiri çərçivəsində təşkil olundu.

Moda tendensiyalarını yaxından izləyən şəhər sakinləri və tədbirlər çərçivəsində müxtəlif yerli və xarici dizaynerlərin ən yeni kolleksiyalarını izləmək şansı qazanan qonaqlar arasında dəbli və zövq oxşayan luklara tez-tez rast gəlmək mümkündür. Podiumdakı modellər qədər diqqət çəkən qonaqların əksəriyyəti mövsümün trendlərini əks edən, dəbli və rahat kombinlərlə qarşımıza çıxdılar.

“Zuleykha” jurnalının Azerbaijan Fashion Week çərçivəsində baş tutan çəkilişində bloqer Səma Abıyeva, dəb mütəxəssisi Liliya Rax, HR mütəxəssisi Afaq İsmayılova, moda bloqeri Aylar Abidova, ofis meneceri Ceyla Mirzəzadə, model Laçın Cəbrayılov, dizayner Zümrüd Mirzəliyeva, aktyor Ali Dereli, rəssam Aida Çələbili, ofis meneceri Xəzanə Çələbiyeva, stilist Aynur Əlibəyova, florist Ülkər Bayramlı, moda bloqeri Seva Abdullayeva, rəssam Şəbnəm Kazımsoy, model Nicat Məmmədzadə, model Famil Eminli, həkim/bloqer Mədinə Həsənova, bloqer Aynur Abbasova, ginekoloq Mehparə Babayeva və tələbə Aimelon Divina iştirak ediblər.

Xatırladaq ki, jurnalda davamlı keçirilməsi nəzərdə tutulan rubrikada növbəti çəkilişlər zamanı Bakının müxtəlif küçələrindən dəbli şəhər sakinlərini sizlərə təqdim etməyə davam edəcəyik. Layihə çərçivəsində şəhərimizin özünə güvənən modabazlarını çəkilişlərdə iştirak etməyə dəvət edirik! Maraqlananlar hello@zuleykha.az ünvanına yazmaqla bizimlə əlaqə saxlaya bilər.


 

Layihə rəhbəri: Fəxriyyə Şirəliyeva 
Foto: Samir Atabəy

 
 







































 
 

Şərhlər

Menyu