TREND | İyunun seçməsi | Rəngarəng eynəklər


 

Sarı, çəhrayı, mavi – yay günlərinə ən şıltaq rənglərdən baxaq… Günəşin özünü yavaş-yavaş göstərməsilə yay kombinlərimizin əvəzolunmaz hissəsi olan eynəklər də fərqli və orijinal tərzləri ilə ortaya çıxmağa başlayıb. Yayın ən iddialı aksessuarı bu mövsüm müxtəlif tərzlərə xitab edən fərqli dizaynlardakı modelləri ilə ən dəbli xanımların qarderoblarını bəzəyir.
Olduqca iddialı və alternativlərlə zəngin trendlər arasında  sevilmiş, Versace, Fendi, Miu-Miu kimi brendlərin də istifadə etdiyi rəngərəng şüşəli eynəklərin bəzi variasiyaları isə daha da diqqətçəkəndir. Geometrik dizayna malik bəzi modellər yazın sevimli pastel tonları ilə bir araya gəldiyi zaman tərzimizə futuristik hava qatır.

 

Xüsusən çəhrayı və sarı tonları ilə qarşılaşdığımız mövsümün favorit eynəkləri  günlük geyimlərlə mükəmməl uyğunluq təşkil edir və onlar çimərlik və tətil gəzintiləriniz üçün idealdır. Əlvan tonlar eyni zamanda, isti yaz günlərində dərinizə təbiilik və təravət də bəxş edəcək. Dəbli tərziniz olduğunu düşünür və  yazı üzərinizdə hiss etmək istəyirsinizsə, qarderobunuzda bu eynəklərə  yer ayırmağı unutmayın.

 
 

Hazırladı: Nailə İskəndərova

 
 











 
 

Şərhlər

Menyu