Detallarla zəngin eklektik kolleksiya. Ronald Van Der Kemp.

 

 

Amsterdam mənşəli dizayner Ronald Van Der Kemp göz qamaşdıran yaradıcılığı ilə artıq bəlli bir kütlənin sevgisini qazanıb. O, əl işlərində yalnız mövcud materiallardan istifadəyə çalışdığını bildirir.

Castin Biberin görüntüləndiyi, müxtəlif ordu formalarının hissələrindən ərsəyə gətirilən RVDK imzalı şalvarı da dizaynerin “patchwork camo” dizaynlı nümünələrindəndir.
 


 

Van Der Kemp Yaz-Yaz 2017 kütür kolleksiyasında Dadaizmdən ilhamlandığını bildirir. Onun üçün kütür bütünlüklə kolleksiyanın ana xətti deyil, hər detal ilə əlaqəli bir mövhumdur. Dizayner bu mövsüm lələk, xəz, çiçək aplikasiyalarından bol-bol istifadə etdiyi, eyni zamanda güpür və “patchwork” detallarına yer verdiyi eklektik kolleksiya təqdim edib. Kolleksiyada özəl toxunuşlar və vurğular olduqca çoxdur. Ən müxtəlif rəng, print və materialların qovuşduğu kombinlərdə istifadə edilən papaqlar, aksessuarlar və s. ekstra detallar geyimlərin futuristik ab-havasını daha da önə çıxarmışdır.
 

Hazırladı: Nailə İskəndərova

 
 


































Şərhlər

Menyu