BELLA KAREEMA hicab butiki artıq Mahaçqalada!

BELLA KAREEMA qadın geyimləri brendi pərakəndə satış şəbəkəsini inkişaf etdirməyə uğurla davam edir və sənayedə öz liderlik mövqeyini əminliklə gücləndirir.

Alıcı sorğusuna həssaslıqla yanaşan BELLA KAREEMA ölkənin müxtəlif regionlarında gündən-günə daha da məşhur və tələb olunan brendə çevrilir.

Concept Store BELLA KAREEMA firma butikinin təntənəli açılışı May ayının 21-i Mahaçqala şəhərində baş tutdu.  Mirkato TM-də yerləşən butik brendin beşinci mağazasıdır, ilk dörd mağaza isə Moskva, Kazan, Qroznı Ufa şəhərlərində uğurla fəaliyyət göstərir. Markanın Dağıstandakı butiki tam formatlıdır – burada brendin bütün kolleksiyaları tam formada təqdim olunacaqdır.

 


Mağaza açılışı çərçivəsində BELLA KAREEMA markası yeni genişləndirilmiş Yaz-Yay 2017 kolleksiyasını təqdim edir. Bu kolleksiyanın qəhrəmanı – dəbli, incə və hər zaman zərifdir. BELLA KAREEMA aktiv, dəbli, son trendləri izləyən, lakin hər zaman həmahəng və ənənələrə sadiq qalan müasir bir qadın obrazını yaradır. Brend, harmoniya və yaradıcılıq arzusu ilə, müxtəlif xətlərdən olan məhsulların öz aralarında mükəmməl uyğunlaşan və sahiblərinə öz tərzlərini formalaşdırmaq üçün sonsuz imkanlar yaradan bir kolleksiya ərsəyə gətirib.

Kolleksiyanın təməli hər fiqur növünə yaraşan zərif silüetlərdən ibarətdir. Hər bir məhsul rəng dərinliyi, axan parçaların keyfiyyəti, möhtəşəm printlər, naxışlar və aplikasiyaların müxtəlifliyi ilə fərqlənir. BELLA KAREEMA yeni geyim xətti son dərəcə özünəməxsus olmasına baxmayaraq, brendin dəyişilməz prinsiplərinə – qüsursuz zərif kəsim, əla keyfiyyət və aktuallığa itaət edir.

Şimali-Qafqaz regionu üçün planlanmış layihə yalnız Mahaçqala şəhəri ilə məhdudlaşmır. May ayında BELLA KAREEMA brendi Nalçikdə də təqdim olunacaqdır, mağazanın təntənəli açılışı isə iyul ayına təsadüf edir.

 

Ətraflı məlumat üçün:

www.bellakareema.ru
Instagram: @bellakareema

 

Hazırladı: Şəbnəm Mikailova

 






Şərhlər

Menyu