Bakıda ilk. “Street Food Festival”-ın açılışı gerçəkləşdi.

19, 20 21 May tarixlərində, İçərişəhər Qoşa Qala meydançası öz qapılarını yazın ən əlvan festivalına açacaq!

Festival çərçivəsində şəhərimizin ən yaxşı restoranları ən münasib qiymətlərlə və ayaqüstü formatda təklif etdikləri özünəməxsus reseptləri ilə şəhər sakinlərinin könlünü oxşayacaqlar. Festivalda həmçinin, Orxan Aslanov, Aynur Güzel (Caspian Vogue), İlya Mamedova və digər tanınmış şəxslərlə bir sıra master klasslar da keçiriləcək.
Fərhad Paşayev, Aylin Seyidova, Lalə Həsənova Aysel Hüseynovanın birlikdə təşkil etdiyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dəstək görən və paytaxtımızda ilk dəfə keçiriləcək festival hər gün 9 000-dən çox insana açıq havada bənzərsiz ləzzətlər dadmaq və xoş ab-havalı həftəsonu keçirmək imkanı təklif edir. Təşkilatçılar tədbirin bu ildən etibarən hər il keçirilməsinin nəzərdə tutulduğunu da vurğulayırlar.
Festival həmçinin, ən yaxşı DJ’lərin (DJ TIM, DJ TWIST, DJ RASL) musiqiləri ilə müşaiət olunacaq.

Qeyd edək ki, festivala giriş ödənişsizdir. 
Giriş saatları: 09.00 – 23.00

Ətraflı məlumat üçün: http://www.bsff.az/
https://www.facebook.com/BakuStreetFoodFestival/

 

 

Şərhlər

Menyu