Moda sevərlər diqqət! İçəri Şəhərdə Silkway Dəb Festivalı keçiriləcək.

 

 
 
24-26 May tarixlərində İçəri Şəhər Fashion Week çərçivəsində Azərbaycan, Qazaxıstan Özbəkistan ölkələrindən olan dizaynerlərin iştirak etdiyi Silkway Fashion Festival adlı unikal dəb festivalı baş tutacaq.

Bu seçim ilə Milli Dəb Həftəsi təşkilatçılarının məqsədi həm yerli əhali, həm də ənənəvi olaraq bu mərasimə Bakıda baş çəkən çoxsaylı qonaqların ölkəmizin milli dəyərlərinə olan marağını artırmaqdır.

Festival təşkilatçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsiAzerbaijan Fashion Week-dir.

Bu, Bakıda parlaq və konseptual şoular ilə zəngin olan və gələcəkdə mütəmadi olaraq keçiriləcək ilk belə festivaldır. Festival çərçivəsində İçəri Şəhərdə həmçinin Pet Show keçiriləcək, hansı ki, populyar dəb və incəsənət nümayəndələri öz heyvanları ilə brilikdə iştirak edəcəklər.

Mərasimin xüsusi proqramını şəhərin bütün tanınmış nöqtələrində tapmaq olar. Həmçinin, Dəb Həftəsinin tövsiyə etdiyi şəhərin ən qeyri-adi və maraqlı kafe, restoran, incəsənət qalereyalarında və s. “AFW tövsiyə edir” adlı stikerlərinə də fikir verməyə dəyər.

Payız-Qış 2017/2018 mövsümü Dəb həftəsi ümümilikdə 23-27 May tarixlərində baş tutacaq. Həmçinin Həftə boyunca qonaqların və ziyarətçilərin bu mövsümdə təqdim edilən və digər dizaynerlərin geyimlərini əldə edə biləcəkləri şourum açıq olacaq.

Bir sözlə, sizi dəb bayramına dəvət edirik! Biletləri iticket.az saytından əldə etmək mümkündür.

Əlavə məlumat üçün: 055 202 01 88, www.afw.az


Ümumi
məlumat:

Azerbaijan Fashion Week ildə iki dəfə – mayda və noyabrda baş tutur. İlk dörd mövsüm çərçivəsində Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Latviyadan olan tanınmış dizaynerlərin 60-dan çox moda nümayişləri keçirilmişdir.

Azərbaycan dəb həftəsinin əsas məqsədi Azərbaycanda artan dəb sənayesinin təbliğatı və istedadlı dizaynerlərin əl işlərinin nümayişidir.

Mərasimdə dəb sənayesinin beynəlxalq ekspertləri, həmçinin pərakəndə satış, şəbəkə və mağazalar alıcıları, beynəlxalq və yerli nəşriyyat nümayəndələri iştirak edir.
 
 

Şərhlər

Menyu