Modern interyeriniz üçün dekorativ məhsullar. Gənc dizayner Elnur Babayevin əl işləri.

 

 
 

Modern loft interyerin əvəzedilməz bir hissəsi halına gələn sement dibçəklər artıq ölkəmizdə də tanınmağa başlayıb. Tamamilə əl işi olan bu dekorativ məhsullar plastik dibçəklərə təbii və orqanik alternativdir, digər bir tərəfdən isə interyerlərə fərqli və eqzotik ab-hava qatır.

 

 

Ölkəmizdə bu işlə məşğul olanlardan biri də dizayner Elnur Babayevdir. Elnur Turkiyədə (METU – Middle East Technical University) dizayn təhsili alıb və bir çox beynəlxalq müsabiqələrdən mükafat sahibidir.

 

 

Elnur klassik sement dibçəklərdən fərqli olaraq, bəzi yeni və orijinal formalar üzərində işləyir. Yeni dizaynlar daha modern, oval və qeyri-adi asimmetrik formalardadır. Onun başqa bir yeniliyi isə sement ilə bərabər, eyni zamanda gipsdən də istifadə etməsidir. Gips sementə nisbətdə daha yüngül olduğundan dibçəklərin çəkisində də özünü göstərir. Digər tərəfdən, gips boz sement rənginə alternativ olaraq bəyaz dibçəklər də əldə etmək üçün əlverişlidir.

 

 

Ofis və ya ev interyerlərinə fərqli ab-hava qatmaq istəyənlər üçün ideal seçim olan sement dibçəklər “BABAYEVS” brendi altında satılır.

 

Ətraflı məlumat üçün: https://www.facebook.com/BABAYEVSS/ 

 


 
 

Şərhlər

Menyu