Cannes Film Festivalının açılış mərasimindən ən diqqət çəkən luklar

 

 
 
Fransanın məşhur sahili Kanda gerçəkləşən 70-ci Cannes Film Festivalının təntənəli açılış mərasimi Monika Bellucinin aparıcılığı ilə 17 may tarixində baş tutdu. Oscar mükafatlarından sonra ən prestijli tədbir olaraq bilinən festivalın açılışının sözsüz ki, ən önəmli hissəsi qırmızı xalçadakı tərz yarışı idi. 28 May tarixinə qədər davam edəcək festival üçün Fransanın Cənubunda bir araya gəlmiş ulduzların görkəmli və iddialı lukları ilə hələ bir müddət daha gündəmdə olacaqları gözlənilir.

Daha öncə Bella Hadidin ekstra dekolteli qırmızı ipək libası, El Fenning, Bleyk Layvli kimi məşhur simaların göz qamaşdıran geyimləri ilə yadda qaldığı qırmızı xalçada şübhəsiz ki, bu il də unudulmaz anlara şahidlik edəcəyik. Ötən ilki libasına bənzərliyi diqqətlərdən yayınmayan Alexandre Vauthier dizaynı ipək paltarı ilə Bella Hadid, eyni tərzdəki şampan rəngli libası ilə Emili Ratajkovski, Culien Moor və Sara Sampayonun ilk gündən diqqət çəkdiyi tədbirdə Lili Rouz DepCiana Simoun açıq tonlardakı zərif və etnik tərzli lukları ilə göz oxşadılar.
 

Hazırladı: Nailə İskəndərova

 
 
























 
 

Şərhlər

Menyu