62-ci Avroviziya müsabiqəsindən ən yadda qalan anlar

 

 
 
Artıq ikinci dəfədir ki, Avroviziya mahnı müsabiqəsi Ukraynada keçirilir. Sayca 62-ci olan müsabiqə Kiyev şəhərində baş tutdu və müsabiqənin bu dəfəki qalibi “Amar Pelos Dios” kompozisiyası ilə Portuqaliya təmsilçisi Sobral Salvador oldu. Bacısı Luisa Sobrala aid mahnı ilə çıxış edən təmsilçi qalib təyin edildikdən sonrakı ifasını da bacısı ilə birlikdə eyni səhnədə etdi. Müsabiqədə ikinci və üçüncü yerləri isə müvafiq olaraq  Bolqarıstan Moldova bölüşüblər.

Qeyd edək ki, Ruminiya Portuqaliya yarışmaya bu il geri qayıdıb. Rusiya, Türkiyə, Bosniya və Hersoqavina isə yarışmada iştirak etməkdən imtina ediblər.
 

 

Avroviziya mahnı müsabiqəsi ilk dəfə 24 may 1956-cı ildə İsveçrədə keçirilmişdir. İlk yarışmada cəmi yeddi ölkə iştirak edirdi və hər ölkə iki mahnı oxuya bilərdi. Lakin bu günə qədər qaydalar xeyli dəyişdirilib. Artıq yarışma hər il keçirilir və ölkələr cəmi bir mahnı ilə təmsil olunurlar. Müsabiqəyə qatılmaq istəyən ölkələrin sayının çoxluğunu nəzərə alaraq əvvəllər pis nəticə göstərmiş ölkələrin siyahıdan çıxarılması qərarı olsa da, sonralar qaydalar dəyişdirilərək yarışmanı iki mərhələdə keçirməyə başlamış və bütün ölkələrin iştirakını təmin etmişlər. Avroviziya müsabiqəsi tək Avropa ərazisində yox, Amerika, Kanada, Yeni Zenlandiya kimi uzaq ölkələrdə də yayımlanır.
Ölkəmiz isə yarışlara 2008-ci ildən qoşulub və cəmi üç ildən sonra həmvətənlərimiz zirvəni fəth edərək növbəti il paytaxtımızın Avroviziya müsabiqəsinə ev sahibliyi etməsinə səbəb olmuşlar. 2013-cü ildə Fərid Məmmədov da uğurlu çıxış edərək ikinci pilləyə yüksəlmişdir.
 
 

Hazırladı: Gültəkin Hacıyeva

 
 

Şərhlər

Menyu