Dəniz mövsümündə dilemma. Bütöv çimərlik geyimləri geri döndü!


 

Çimərlik geyimləri yayın ən çox müzakirə edilən və xanımların seçim etməkdə çətinlik çəkdiyi mövzulardandır. Çünki, bikini, mayokini, bando, halter, planc kimi müxtəlif modellər arasında itib-batarkən özünə yaraşan favorit geyimini tapmaq o qədər də asan məsələ deyil.

XX əsrin 20-ci illərində yaranan və ilk dəfə COCO CHANEL tərəfindən podiuma çıxarılan çimərlik geyimləri müasir dövrə qədər tədricən inkişafdan keçmiş və müxtəlif mərhələlərdə daha orijinal variyasiyaları yaranmışdır. Çox saylı növləri arasında ayrı hissələrdən deyil, bir hissədən ibarət çimərlik geyimləri isə heç zaman dəbdən düşmür. Dünya podiumları bütöv bədən çimərlik geyimlərinin ən azı bikini qədər dəbdə heç də geridə qalmadığını artıq əyani şəkildə nümayiş etdiriblər.
 


 

Klassik yanaşmaya görə bikini tərzli çimərlik geyimləri nisbətən cəsur və cazibədar sayılırdı, bu geyimlərə əsasən vücuduna güvənən xanımlar üstünlük verirdi. Lakin gündəmin dəbi bu stereotipləri tamamilə aradan götürərək, eyni yanaşmanı bütöv çimərlik geyimlərinə aid etməyə başlamışdır.

Ənənəvi olaraq Mayamidə keçirilən Çimərlik Moda Həftəsində Hammock, Lee + Lani, Beach Riot, Filthy Haanz, Indah, Aguaclara, Cirone, OMG Swimwear və digər brendlərin nümayiş etdikləri saçaqlı, güpürlü, müxtəlif detallı geyimlər arasında ən diqqətçəkən bütöv çimərlik geyimlərini sizlərə təqdim edirik.
 
 

Hazırladı: Şəbnəm Mikailova

 
 

ROBB & LULU

 

AGUACLARA

 

BEACH RIOT

 

FILTHY HAANZ

 

GOTTEX

 

HAMMOCK

 

HOT AS HELL

 

ISSA DE MAR

 

LULI FAMA

 

HAMMOCK

 

Şərhlər

Menyu