KÜÇƏ DƏBİ: Tiflis moda həftəsi

 

 
 

Gürcüstanın moda dünyasına bəxş etdiyi ən tanınmış dizaynerlərindən biri VETEMENTS-in təsisçisi və hal-hazırda BALENCIAGA-nın art direktoru Demna Qvasalia olsa da, ölkə hər il iki fərqli moda həftəsində nümayiş etdirdiyi onlarla istedalı dizayner ordusunun ən son kolleksiyalarını dünyaya təqdim edir.

Gürcüstanda öndə gedən və universal patforma sayılan moda tədbiri Mercedes-Benz Moda Həftəsi Tiflisi qərblə qovuşduraraq, burada moda anlayışını inkişaf etdirir və gürcü dizaynerlərinin dünya modasına inteqrasiyasına birbaşa təsir edir. Bütün dünyadan dizaynerlər, sənətkarlar, fotoqraflar, jurnalistlər arasında körpü inşa etməyi öz üzərinə götürərək, yerli istedadları tanıtmaq və əl işlərini nümayiş etdirmək üçün böyük fürsət yaradır.

Tiflisdə moda həftəsi çərçivəsində kadrlara yansıyan küçə dəbi isə özünəməxsus xarakterə malikdir.  Burada küçə dəbində yaradıcılıq və yeniliyin nümayişi hər zaman önəmlidir. Geyimlərdə sanki incəsənət və modanın mükəmməl ahəngi təbliğ edilir. Sərbəst küçə dəbi və lüks brendlər arasında qızıl ortanı qoruyub saxlayan kombinlər trend xəbərçisi olan gözalıcı  aksessuarlarla birləşərək zövq oxşayan estetik vizuallıq sərgiləyir.

 

Hazırlad: Nailə İskəndərova

 
 







































Şərhlər

Menyu