Beşinci yubiley! AZERBAIJAN FASHION WEEK yeni mövsümə hazırlaşır.


 

Azerbaijan Fashion Week 23-27 may tarixləri arasında Bakıda keçiriləcək beşinci yubiley Payız-Qış 2017/2018 mövsümünü elan etməkdən məmnunluq duyur. Tədbir bu mövsüm də paytaxtın ən orijinal məkanlarında – Daş Salnamə Muzeyi və İçərişəhər tarixi qoruğu ərazisində baş tutacaq. Belə ki, milli dəb həftəsi təşkilatçılarının məqsədi həm yerli əhalinin, həm də paytaxtımızda sözügedən tədbiri  ənənəvi şəkildə ziyarət edən çoxsaylı qonaqların ölkəmizin milli dəyərlərinə olan marağını artırmaqdır.

Onu da qeyd edək ki, ötən mövsümlərdə Dəb Həftəsi VOGUE, Elle, Buro 24/7, L’Officiel, The New York Post və s. beynəlxalq nəşrlər tərəfindən yüksək şəkildə dəyərləndirilmişdir.

Dəb həftəsinin hər bir günü azərbaycanlı və həmçinin Fransa, Qazaxıstan, Rusiya, Belarus, Gürcüstan və Ukraynanın tanınmış nümayəndələrindən ibarət əcnəbi dizaynerlərin parlaq nümayişləri ilə yaddaşlarda iz qoyacaqdır.

Tədbir çərçivəsində dəb, gözəllik və fashion-retail sənayesinin xadimləri, həmçinin maliyyə sektoru nümayəndələri, potensiallı investorlar, yüngül və emal sənayesi malları istehsalçılarını bir araya toplayacaq yeni Azerbaijan Fashion Council təşkilatının təqdimatı da baş tutacaq. Sözügedən mühüm forumdan əlavə dəb sənayesinin nümayəndələri ilə bir sıra müzakirələr (public-talk) təşkil olunacaq.

Layihə çərçivəsində Dəb Həftəsinin daimi tərəfdaşı Collezione Italia Baku interyer əşyaları, tətbiqi incəsənət və s. dizaynerlərinin iştirak edəcəyi Dizayn Həftəsini təqdim edəcək.

Ənənəvi olaraq AFW zamanı şourum da fəaliyyət göstərəcək və qonaqlar həm nümayişdə göstəriləcək, həm də digər geyimləri dizaynerlərin özlərindən əldə edə biləcəklər. Fashion-retail biznesinin nümayəndələri dizaynerlərlə şəxsən tanış olmaq, sifariş və əməkdaşlıq haqda danışıqlar aparmaq imkanı qazanacaqlar.

Ənənəyə sadiq qalaraq, Dəb Həftəsinin hər günü dizaynerlər, modellər, blogerlər və sadəcə dəb həvəskarlarının iştirak edəcəyi çılğın partilərlə yekunlaşacaq. Afterparti Pasifico Lounge & Dining, Eleven, Floor Two, MAYA Mexican Restaurant & Bar, LaVida Tequila Bar kimi məkanlarda baş tutacaq.

Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər”Dövlət Tarixi-Memarlıq Qoruğu idarəsinin dəstəyi ilə keçirilir.

Azerbaijan Fashion Week tədbirində sponsor, dizayner və könüllü qismində iştirak etmək üçün müraciətlər info@afw.az elektron ünvanı vasitəsi ilə qəbul olunur.

 

 

 

Şərhlər

Menyu