Kükü. Bu dəfə fərqli təqdimatda!


 

Xəyal gücünüzün köməyi ilə və ya sadəcə axtarışların nəticəsində mətbəxinizdəki ənənəvi yeməkləri daha orijinal üslubda süfrəyə gətirə bilərsiniz. Kükünü isə yəqin ki, dadmayan yoxdur. Bu yüngül və vitaminlərlə zəngin yemək kiçik maffin qablarında sobada hazırlanaraq, masaya həm əsas yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərinin yanında verilə bilər.
 

Lazım olan ərzaqlar:

– 50 qr. kərə yağı
– 1 ovuc qoz ləpəsi
– ispanaq, keşniş, şüyüd, göy soğan – hər birindən 1 dəstə
– 4 yumurta
– duz və istiot
 

Hazırlanması:

Göyərtiləri təmizləyib yuyun və suyunu qurudun. Sonra xırda-xırda doğrayın. Yumurtaları duz və istiot ilə qarışdırın. Doğranmış göyərtiləri, yumurta, əridilmiş kərə yağı və xırdalanmış qozu bir qabda yaxşı qarışdırın. Keks qablarını yağlayıb hazırladığınız qarışımı qablara doldurun və 190 dərəcəli sobada 20 dəqiqə bişirin. Süfrəyə qatıq ilə birlikdə təqdim edin.


Nuş olsun!

 

Hazırladı: Müjgan Həsənli

 






Şərhlər

Menyu