Qərbi Misir Səhrasının mərkəzində lüks səyahət. Əsrarəngiz ADRERE AMELLAL oteli.

 

 

Sivadan bir neçə kilometr uzaqlıqda, Ağ dağın ətəyində, Böyük Qum Dənizi adı verilmiş Qərbi Misir Səhrasının dərinliklərində yerləşən, standart lüksdən uzaq Adrere Amellal oteli fərqli məkanlar axtarışında olan səyahət aşiqlərinə edilə biləcək ən gözəl təkliflərdəndir.

Qonaqlarına unudulmaz təcrübə yaşadan eko-lüks otel ənənəvi Siva tərzində – saman, palçıq və duz blokları istifadə edilərək inşa edilmişdir və burada elektrikdən, WiFi-dan istifadə edilmir, mobil telefon zənglərinə isə yalnız otaqların daxilindəykən icazə verilir. Oteldə enerjinin tək qaynağı yüzlərlə bal mumu arısı və atmosferdə əsrarəngiz görüntülərə səbəb olan yağ lampalarıdır.

Adrere Amellal həmçinin, müştərilərinə təqdim edilən bütün qidaları yerli qaynaqlardan təmin edir. Otel səhranın dərinliklərində, bəsit, ekoloji və əsrarəngiz lüksün varlığına sübutdur.

 
 

Hazırladı: Nailə İskəndərova

 
 








 
 

Şərhlər

Menyu