Met Gala 2017. Ən yaddaqalan libas yarışı.



Metropolitan İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunun hər il yardım məqsədilə təşkil etdiyi moda dünyasının ən önəmli gecələrindən olan Met Gala 2017  bu günlərdə baş tutdu. Hər il olduğu kimi May ayının ilk həftəsi Nyu Yorkda gerçəkləşən tədbir 1983-dən bəri ilk dəfə bir dizayner şərəfinə həyata keçirildi.

Moda dünyasının ən çılğın dizayneri Rey KavakuboCOMMES DE GARÇONS brendinın adına layiq görülmüş gecədə, təbii olaraq məşhur isimlər ən cəsur və orijinal libasları ilə kameralar önündə canlandı. Tədbirə Rihanna, Farel UilliyamsAnna Uintor Rey Kavakubo imzası daşıyan libaslarla qatılarkən, qırmızı xalçanın bu ilki ulduzları LA PERLA markalı “transparent” libasi ilə Kendal CennerALEXANDER WANG-a məxsus dərin dekolteli geyimi ilə Bella Hadid oldu.

Gecədə Kara Delevin, Keti Perri, Rihanna kimi məşhurlar əyləncəli və unikal lukları, Kayli Cenner, Gisel Bunhen, Cici Hadid, Coun Smols, Bleyk Layvli, Stella Maksvel  isə cazibədar libasları ilə yadda qaldılar. Cenifer Lopez, Qvinet Paltrou, Riiz Uiterspun, Sofi Törner, Yolanda Hadid isə sadə və eleqant şıqlığa üstünlük verən xanımlardan oldular.


Hazırladı: Nailə İskəndərova












Şərhlər

Menyu