“Jewels of the World”. Four Seasons otelində zinət əşyaları sərgisi.

 

 
 
“Zərgərlik və incəsənət” mövzusuna həsr olunan və “Dünyanın zinət əşyaları” (Jewels of the World) tərəfindən təşkil olunan beynəlxalq tədbirin dördüncü buraxılışı bu ilin yazında, 26-28 aprel tarixlərində Four Seasons otelinin lüks nömrələrində baş tutdu. Bakı şəhərinin bozar memarlıq üslubunda inşa edilmiş ən təmtəraqlı mehmanxanası dünyanın ən gözəl və zərif zərgərlik məmulatlarının yaradıcılarını, habelə qeyri-adi saatların istehsalçılarını ənənəvi olaraq qəbul etmiş, aşağıdakı eksklüziv brendlərin qeyri-adi kolleksiyaları Azərbaycan auditoriyasına nümayiş olunmuşdur: De Laneau, D’ Joya, Greubel Forsey, Lydia Courteille Creations, Magnificent Hong Kong, Tenzo, Urwerk, Yvel.

 

Bu il əsas diqqət yüksək keyfiyyətli qiymətli daşlar və Cənub dənizinin mirvarilərindən ibarət kolleksiyalar arasındakı ahəngi və onların zərif kombinasiyasını, habelə əl işi olan qol saatlarını təqdim etməyə verilib. Təqdimat həmçinin brendlərin qeyri-adi zərgərlik nümunələrinin yaradılması prosesini nümayiş etdirən tematik seminarları ilə müşayiət olunmuşdur. Brendlərin hər biri xüsusi olaraq təchiz edilmiş və hazırlanmış lüks nömrədə qonaqları qəbul etmiş, bu isə öz növbəsində təkrarolunmazlıq hissini gücləndirmişdir.

İncəsənət hər zaman “Dünyanın ləl-cəvahiratları” konsepsiyasının ayrılmaz və mühüm tərkib hissəsi hesab olunub. “Suite Russe” sərgisində ağlı başdan çıxaracaq qədər heyrətamiz müasir incəsənət kolleksiyasını Bakı şəhərinin “Yarat” Müasir İncəsənət Mərkəzi ilə birlikdə təqdim edəcək parisli Qaleri Stanislas Burqeyni bu il ölkəmizdə qonaq kimi qəbul etmək isə şərəfdir.

“Dünyanın zinət əşyaları”-nın Hərəkət Konsepsiyası dünyanın seçilmiş yerlərində ən nüfuzlu müştəriləri hər zaman unikal imkanlarla təmin etməkdən ibarətdir” – deyə “Jewels of the World”-un Prezidenti Valentina Vassileva bildirir: “Bakı şəhərində tədbirin keçirilməsi özlüyündə bizim bir təşkilatçı kimi uğurumuzun əsas göstəricilərindən biridir. Başlıca məqsədimiz yüksək bədii dəyərə malik ən yaxşı zərgərlik, saatsazlıq və incəsənət nümunələrini bir araya gətirmək və qeyri-adi kolleksiyaları yerli elitaya təqdim edən ilk təşəbbüskar olmaqdır.”
 
 





 

Şərhlər

Menyu