TREND | Mayın seçməsi | Kəmərli baletlər


 

Ən zərif addımlar, əsrarəngiz kübarlıq… Dünya moda sənayesinin öndə gedən və sevilən brendlərindən MİU MİU-nun təqdim etdiyi “Ballerinas”-ın ən diqqət çəkən özəlliyi zərif görüntüsü ilə kontrast detallarının bəxş etdiyi modern havadır.
Uzun müddət həyatımızda olan klassik baletləri müxtəlif bağlar, qaytanlar, dəri kəmərlər və ekstra aksessuarlarla bəzənmiş, daha balerina sayağı dizayna və dəbli görüntüyə malik modellər əvəz etmişdir.

MİU MİU xanımların sevimlisi baletlərə əlavə etdiyi topuqdan bağlanma detallar ilə onlara fərqli vizual görünüş qazandıra bilmişdir. Podiumda sərgiləndiyi gündən onların yaratdığı trend getdikcə böyüməkdə, zərif tərzi ilə xanımların qəlbinə yol tapmaqdadır.
 


 

Bir çox markaya ilham olan romantik və azad ruhlu baletlər artıq fərqli rəng, model və dizaynları ilə modasevərlərin qarderoblarında öz yerini tutmuşdur. Rahatlığı ilə də önə çıxan modelləri sadə boyfriend cinslər, oversayz midi ətəklər və yaxud zərif mini libaslarla bir araya gətirərək, isti yaz günlərində dəblə ayaqlaşan luklar yaratmaq mümkündür.
 
 

Hazırladı: Nailə İskəndərova

 
 












 
 

Şərhlər

Menyu