İnqilabçı kəsimlər. THORNTON BREGAZZI “Resort” 2017 kolleksiyası.


 

Moda həvəskarlarının səbrsizliklə gözlədiyi “resort” kolleksiyaları dizaynerlərin mövsüm arası təqdim etdikləri kolleksiyalardır. Hər il biri- birindən yaddaqalan kəsim və rəngləri ilə podiumlarda imzasını çızan kolleksiyalar hər zamankı kimi unikallığı ilə seçilir. Lakin ümumilikdə bütün brendlərdə diqqət çəkən qoşa düyməli pencəklər, uzun ətəklər və gen balaqlı şalvarlardır. Giorgio Armani, Michael Kors, Carolina Herrera, Celine kimi brendlərin nümayişində daha çox ağ və qara rənglərin bir-birini əvəzləməsi, ümumilikdə isə kolleksiyanın daha çox iş geyimi konseptində hazırlanması, əsasən, yaz mövsümündə fasiləsiz çalışan işgüzar xanımlar üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, 2017-nin dizaynlarında eleqantlıq və klassika ön planda olacaq.
 


 

Son dönəmin adından bəhs etdirən brendi THORNTON BREGAZZI-nin maraq dairəsində olmasına səbəb Keyt Mideltonun ötən ay Kanadada həmin brendə məxsus qırmızı paltarla nümayişə çıxması olmuşdur. Castin Tordon müsahibəsində bu hadisədən qəzetlərdən xəbər tutduqlarını və həqiqətən də Kembric şəhzadəsinin onları seçməsinin sifarişlərinin gözlənilməz dərəcədə artmasına səbəb olduğunu söyləmişdir. Sözü gedən brendin rezort kolleksiyasına isə nəzər salsaq, 70-80-ci illərin göz önündə canlandığını müşahidə etmiş olarıq.

Kolleksiyada retro tərzdən istifadə edən dizaynerlər daha çox şifon və güpür materiallara üstünlük vermişlər. Eyni zamanda, kolleksiyada bu il dəb nümayişlərinin əvəzolunmazlarından hesab edilən gen balaqlı şalvarlar və uzun ətəklər diqqəti çəkir. Rəngarəng çiçəklərlə işlənən əsl yaz əhval-ruhiyyəli kəsimlər bu il də öz aktuallığını qorumaqdadır. Brend bu kolleksiyasının simvolu olaraq kübarlığını vurğulayan çəhrayı rəngli nərgiz gülünü seçmişdir.
 
 

Hazırladı: Nərmin Həsənli

 
 

























Şərhlər

Menyu