MEHMET KORKMAZ – Boho Live. Nağıllar aləmindən gələn dəbdəbə.


 

Moda dünyasında son zamanlar istedadı ilə gündəmdə olan gənc dizayner Mehmet Korkmaz diqqət cəlb edən son kolleksiyası ilə yenidən adından bəhs etdirməyi bacarıb.  “Houte Couture” istiqamətində dizaynları ilə gündən-günə parlayan Mehmet Kanada mərkəzli “LaSalle College”-də Fashion Design/Fashion Marketing təhsili almış, bu müddət ərzində teatr kostyumları və kapsul kolleksiyaları ərsəyə gətirərək dizaynerlik təhsilinə böyük təcrübə qatmışdır. 2011-ci ildə öz brendini yaradan dizayner ziyafət geyimlərindəki istedadını göstərə bilmiş ən gənc dizaynerlərdəndir.

Mehmet Korkmaz “Boho Live” adlandırdığı son kolleksiyası Houte Couture –  2017 ilə hədəfinin xoşbəxt və özünəinamlı nağıl kraliçaları yaratmaq olduğunu vurğulayır. Dizayner bunun üçün nağılların bohem motivlərini keçmiş və yaşadığımız dövrdəki anlarımızı qarşılaşdıran, eqzotik və dəbdəbəli toxunuşlarla təqdim edir. O, istifadə etdiyi bənzərsiz və özəl materiallar, dərilər, korsetlər və zəngin dizaynlı unikal əl işləmələri ilə, sanki dəbdəbəni və lüksü təmsil edən sənət əsərləri ortaya çıxarır.
 
 

Hazırladı: Nailə İskəndərova
 
 

























 

Şərhlər

Menyu