İncəsənət tarixinə səyahət. Louis Vuitton və Ceff Kuns əməkdaşlığı.

 

İncəsənət və tarixi yaşatmaq, onu müasir zamanın tendensiyalarına uyğunlaşdıraraq insanlara təqdim etməyin ən bəsit və dəbli yolu.

Endi Varholun İntibah dövründən ilhamlanaraq “Warholized” seriyasını yaratdığı kimi, Nyu Yorklu sənətkar Ceff Kuns da müxtəlif bahalı aksessuarlar vasitəsilə tarixi sənət əsərlərini müasir mədəniyyətə və  moda dünyasına qazandırır.
Sənətkar məşhur moda evi LOUIS VUITTON- la bir araya gələrək dizayn etdiyi çantaları ilə dünyanın tanınmış əsərlərindən ibarət rəsm sərgisini bütün dünyaya təqdim edir.

 


 

17-ci əsrin görkəmli rəssamı Piter Paul Rubensin “Tiger Hunt”, Leonardo Da Vinçinin “Mona Lisa”,Jean-Honore Fraqonardın “La Gimblette”, Vinsent Van Qoqun və digərlərinin əsərlərinin üzərinə həkk olunduğu “Masters” adlı kapsul kolleksiyasında Kuns özünün “Gazing Ball” seriyasından ilhamlanmışdır. Kolleksiyadakı çantalar sənətkarın qızılı hərflərlə yazılmış ismi və brendə məxsus çiçək motivləri ilə bəzənmişdir. Çantaların etiketlərində isə Kunsun tanınmış əsərlərindən olan dovşan heykəlinin silüetindən istifadə edilib.

İnsanlara incəsənət barədə yeni perspektiv qazandıran kolleksiya 4 000 dollara qədər qiymətləri ilə 28 Apreldən etibarən satışda olacaq.

 
 

Hazırladı: Nailə İskəndərova

 
 













 
 

Şərhlər

Menyu