KİNO | “Gözəl və Bədheybət” filmi xəyal dünyamıza yenidən səyahət etməyə çağırır.


 

Uşaqlıq cizgi qəhrəmanlarımızı filmlərdə canlandırmağı  klassikləşdirən  WALT DISNEY bu dəfə də ənənəsinə sadiq qalaraq dünyaca məşhur Fransız yazıcısı Jan Mari Leprins de Bumontun “GÖZƏL VƏ BƏDHEYBƏT” ( Beauty and the Beast ) romanını mavi ekrana gətirdi. Haqqında bəhs etdiyimiz “Gözəl və Bədheybət” əsəri ilk dəfə 1946-ci ildə Jan Koktu  Rene Klementin rejissorluğu, daha sonra 1991-ci ildə Qari Trusdeyl və Kirk Vays ilə birlikdə animasiya olaraq və nəhayət 2014-ci ildə Kristof Qansin səyləri nəticəsində mavi ekranda qarşımıza çıxmışdır.
 



 

1991 ci ildə ən yaxşı animasiya filmi olaraq iki dəfə Oscara layiq görülən “Gözəl və Bədheybət” nağılını ən son 2017-ci ildə  mavi ekrana rejissor Bil Kendon gətirmişdir. Baş rollarını Emma Vatson, Den Stivens, Luk Evansın bölüşdüyü ABŞ istehsalı olan bu film bizləri uşaqlığımıza və xəyal dünyamıza bir daha səyahət etməyə çağırır. 

Həmçinin də məhşur Britaniyali dizayner Kristofer Keyn “Gözəl və Bədheybət” nağılından ilhamlanaraq bəhs etdiyimiz  filmə kolleksiya hazırlamışdır.
 


 

“Gözəl və Bədheybət” (Beauty and the Beast) gözəl ekran işi olan və fantastik, romantik, musiqi janrinda özünəməxsus yeni versiyasi ilə bizləri nağıllar aləminə səyahət etdirəcək filmdir.
 
 
Hazırladı: Rəhimə Hacıyeva
 
 

Şərhlər

Menyu